beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hidayət Əfəndiyev

Hidayət Əfəndiyev (1 avqust 1908-ci il- 1979-cu il)—Ədəbiyyatşünas alim.

Yaradıcılığı

Hidayət Əfəndiyevin özü barəsində "Kommunist" qəzetinin 1937-ci ilin 6 may tarixli sayında "İki üzlü tənqidçi haqqında" adlı məqalə yer alıb. Çoxdan bəri hər yerdə özünü tənqidçi kimi qələmə verən Hidayət Əfəndiyev bundan hələ heç bir nəticə çıxarmamışdır.

H.Əfəndiyev hazırda yazıçılar ittifaqı və "Ədəbiyyat qəzetinin" tənqid seksiyasının rəhbəridir.

H.Əfəndiyevin son 5-6 ay müddətində verdiyi 3-4 məhsulun dolaşıq olduğunu ittifaq hələ bu vaxtadək aydınlaşdırmamış, aydınlaşdırmışsa da ört-basdır etmişdir.

H.Əfəndiyev son iki yazısında oxucuları çaş salmışdır. O, yazılardan biri Çəmənzəminlinin "Studentlər"i haqqında olan ikiüzlü tənqiddir.

Yazıçı Çəmənzəminli üç-dörd ay əvvəl tamamilə ifşa edilməmişdi.

Onun səhvləri bütünlüklə aşkara çıxarılmamışdı. Tənqidçi Hidayət o vaxt Çəmənzəminlini məşhurlaşdırmaq fikrinə düşür.

O, 1936-cı il noyabrın 7-də " Ədəbiyyat qəzeti"ndə "Nəsrimiz yüksək keyfiyyət yollarında" başlığı ilə "Studentlər" haqqında bir yazı buraxır.

Bu yazıda deyir: "Çəmənzəminlinin " Qızlar bulağı" və "Studentlər" əsərinin bu son ildə çapdan çıxmış ikinci hissəsi də tarixi janr yolunda atılmış müvəffəqiyyətlərdən biridir."

Bir az sonra məsələ ciddiləşir, oxucular "Studentlər" haqqında müəyyən rəylər deyirlər.

Tənqidçi H. Əfəndiyev təşvişə düşür, məsələnin üstünün açılmasını görüncə "Kommunist" qəzetinin 1937–ci il 10 aprel tarixli nömrəsində "Ədəbiyyatda kontrevolusion sarsaqlama" adı ilə məqalə dərc etdirir.


Tarix: 15.01.2013 / 20:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 254 Bölmə: Şairlər və Yazıçılar