Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əlizadə Nuri

Nuriyev Əlizadə Mətləb oğlu - şair, 1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Həyatı

Əlizadə Nuri 1962-ci il dekabrın 28-də Cəlilabad rayonunun Adnalı kəndində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra ordu sıralarında xidmət etmişdir (1981-1983). Nəsirəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin fılologiya fakültəsində, (1983-1988), Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil almışdır. Şeirləri müntəzəm olaraq qəzet və jurnal səhifələrində dərc olunur.

Əsərləri
1.Pəncərəmdə ağlayan yağış. Bakı: Azərnəşr, 1993, 176 səh.
2.Tanrı, gəl tanış olaq. Bakı: Gənclik, 1994, 70 səh.
3.Durna lələyidi bu yağan yağış. Bakı: Azərbaycan kıtab palatası, 1996, 156 səh.
4.Bir eşqin xatirə muzeyi. Bakı: Təbriz, 1997, 76 səh.
5.Tənha şamın kölgəsi. Bakı: Gənclik, 1999, 115 səh.


Tarix: 14.01.2013 / 20:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 451 Bölmə: Şairlər və Yazıçılar
loading...