beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xeyrulla Məmmədov

Xeyrulla Qulam oğlu Məmmədov

İlk adı: Xeyrulla

Soyadı: Məmmədov

Doğum tarixi: 1 avqust 1935-ci il

Doğum yeri: Hoveri, Lerik Azərbaycan

Atası: Qulam

Vətəndaşlıq: Azərbaycan

Peşəsi: tədqiqatçı-alim

Milliyyəti: azərbaycanlı

İxtisası: filoloq

Təhsili: ali

Əsərlərinin dili: azərbaycan dili

Janr: elmi, publisistika





Həyatı

Xeyrulla Qulam oğlu Məmmədov 1934-cü ilin avqust ayında Lerik rayonu Zuvand mahalının Hoveri kəndində dünyaya göz açıb. 1952-ci ildə Lerik kənd (o vaxtlar kənd sayılırdı) orta məktəbini bitirib. 1957-ci ildə S.M.Kirov adına ADU-nun (indiki BDU-nun) filologiya fakültəsini bitirib. 1957-1960-cı illərdə Lerik qəsəbə orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi pedoqoci fəaliyyət göstərib. Eyni zamanda internat məktəbində baş tərbiyyəçi işləyib. Lerik rayonda çıxan «Kolxoz yolu» qəzetində müntəzəm çıxış edib və bu qəzetin məsul katibi işləyib. 1960-1963-cü illərdə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedoqoci İnstitutunda aspiranturada oxuyub. 1963-cü ilin noyabr ayında ADPİ-da Azərbaycan ədəbiyyatı tarixi kafedrasına işə girib. 1963-1965-ci illərdə səsvermə yolu ilə həmin kafedrada müəllim işləyib. 1965-1967-ci illərdə baş müəllim, 1967-1982-ci illərdə isə dosent vəzifələrində çalışıb. 1968-1970-ci illərdə «Azərbaycan ədəbiyyatı tarixi» kafedrası müdirinin müavini vəzifəsinə təyin olunub. 1982-ci ildə elmlər doktoru elmi dərəcəsini alıb. 1991-ci ildən isə filologiya-tarix fakültəsinin qiyabi şöbəsinə dekan seçilir. X.Məmmədov ölümünə qədər müxtəlif elm ocaqlarında pedoqoji fəaliyyətlə məşğul olur. «XIX əsrin sonu, XX əsrin əvvəllərində» (1880-1905) «Azərbaycanda maarifçi realist ədəbi hərəkat» mövzusunda yazdığı monoqrafiya onun doktorluq dissertasiyası kimi yüksək qiymətləndirildi. Xeyrulla müəllim 1982-ci ildə elmlər doktoru elmi dərəcəsini aldı. 1963-cü ilin noyabr ayında X.Məmmədov Azərbaycan Dövlət Pedoqoci İinstitutunda (indiki ADPU) Azərbaycan ədəbiyyatı tarixi kafedrasına işə girdi. 1963-1965-ci illərdə səsvermə yolu ilə həmin kafedrada müəllim, 1965-1967-ci illərdə baş müəllim, 1967-1982-ci illərdə isə dosent vəzifələrində çalışdmışdır. X.Məmmədov 1968-1970-ci illərdə «Azərbaycan ədəbiyyatı tarixi» kafedrası müdirinin müavini vəzifəsinə təyin olunub. 1991-ci ildən isə filologiya-tarix fakültəsinin qiyabi şöbəsinə dekan seçilib. Görkəmli ədəbiyyatşünas alim 2005-ci il sentyabrın 8-də qəflətən vəfat etmişdir.

Əsas əsərləri
"XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanda maarifçi realist ədəbiyyat" (1978).
"Sultan Məcid Qənizadə" (1983).
"Əkinçi"dən "Molla Nəsrəddin"ə qədər" (1986).
"XIX əsr Azərbaycan uşaq ədəbiyyatı" (1992).
"Azərbaycan ədəbi tənqidi XIX-XX əsrlərin hüdudunda" (1999).
"XIX əsr Azərbaycan ədəbiyyatı" (2006).
«N.Nərimanov: görkəmli maarif xadimi və realist yazıçı».
«İsmayıl bəy Qaspirinski və Azərbaycan ədəbiyyatı».
«XIX əsrin sonu, XX əsrin əvvəli Azərbaycan ədəbiyyatı tarixi»
"Əqidə döyüşlərində".
"Molla Nəsrəddin"i zəmanə yaratdı".
"Əkinçi"nin övladları".
"N.Nərimanov haqqında yeni materiallar".
"Bir mübahisə haqqında".
"S.Ə.Şirvani" haqqında həqiqət".
"Cəlal Ünsüzadə və uşaq ədəbiyyatı".
"Sultan Məcid Qənizadə"(1962)
"S.M.Qənizadənin bədii nəsri".
"Tərcüman: Dildə, fikirdə, işdə birlik".


Tarix: 16.01.2013 / 19:46 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 467 Bölmə: Şairlər və Yazıçılar