beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əhməd Qəşəmoğlu

Məmmədov Əhməd Qəşəm oğlu — şair, publisist, sosioloq, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, iqtisad elmləri doktoru (1978); "Ahəngyol" elmi-fəlsəfi konsepsiyasının yaradıcısı

Həyatı

Əhməd Qəşəmoğlu 1950–ci ilin 15 fevralında Naxçıvan MR Babək rayonun Vayxır kəndində anadan olmuşdur. 1972–ci ildə Bakı Dövlət Universitetinin Mexanika–riyaziyyat fakültəsini əla qiymətlərlə bitirmiş və Azərbaycan EA-nın Kibernetika İnstitunda fəaliyyətə başlamışdır.

1974-cü ildən 1978–ci ilə qədər Moskvada SSRİ EA-nın Mərkəzi İqtisadi Riyaziyyat İnstitunda əvvəl təkmilləşmə kursu keçmiş sonra əyani aspiranturanı bitirmişdir. 1974-cü ildə Varşavada Beynəlxalq Statistika İnstittuunun keçirdiyi konqresdə məruzə ilə çıxış etmişdir. İqtisad elmləri namizədidir. Yunesko–nun Beynəlxalq Kadrlar Akademiyasının fəlsəfə doktorudur. Sovet Sosioloqlar Assosasiyasının İdarə heyətinin üzvü olmuşdur.

Yaradıcılığı

Ədəbi yaradıcılıqla geniş şəkildə məşğul olur. 1977-ci ildən Azərbaycan xalq şairi Rəsul Rzanın "Azərbaycan Gəncləri" qəzetində təqdimatı ilə onun şerləri müntəzəm olaraq Respublika Mətbuatında çap olunmağa başlamışdır. "Vurğun külək" adlı ilk şeirlər kitabı 1981–ci ildə "Gənclik" nəşriyyatında çap olunmuşdur. Ə. Qəşəmoğlu 1980–ci ildə Tuva MSSR–in paytaxtı Qızıl şəhərində keçirilən "Gənc yazıçıların Ümumittifaq Toplantısı"nda lauerat olmuşdur. Buna görə də onun "Vlyublennıy veter" kitabı Moskvada "Molodaya qvardiya" nəşriyyatında çap olunmuşdur. SSRİ Yazıçılar İttifaqının üzvü olmuşdur. O, eyni zamanda ardcıl olaraq publisitika ilə də məşğul olur. Azərbaycanın Yazıçılar Birliyinin və Azərbaycanın Jurnalistlər Birliyinin üzvüdür. Şeir və publisistik yazıları ondan artıq xarici ölkələrdə müxtəlif dillərdə çap olunmuşdur. "Rəsul Rza" adına Beynəlxalq ədəbi mükafatın laueratıdır.

Əhməd Qəşəmoğlu SSRİ–də riyaziyyatın sosiologiyaya tədbiqi sahəsində fəaliyyətə başlayan ilk mütəxəssislərdən biridir. 1974-cü ildən başlayaraq Azərbaycanda eprik sosiologiyanın əsasını qoymuşdur. 1980-ci ildə Azərbaycan Komsomolu MK–da, 1987–ci ildə Azərbaycan EA–da, 1992–ci ildə Qərb Universitetində sosiologiya sahəsində ciddi Elmi Mərkəzlər yaratmışdır. 1990–cı ildə Azərbaycanda ilk müstəqil "Sosioloji Araşdırmalar Mərkəzi" yaratmışdır. Rəhbərlik etdiyi "El-oba" Sosioloji Araşdırmalar Mərkəzi 1994–cü ilə qədər Respublikada olduqca ciddi fəaliyyət göstərmişdir. 1992–ci ilin oktyabrında Azərbaycan Parlamenti yanında "Humanitar tədqiqatlar və Proqnozaşdırma Mərkəzi"nin rəhbəri seçilmişdir. Mərkəz 1997–ci ildə ləğv edilmişdir.

ABŞda, İrlandiyada, İsveçdə, Misirdə, Türkiyədə və s. ölkələrdə keçirilən 10-dan artıq beynəlxalq toplantıların iştirakçısı olmuşdur. 350–yə qədər sosioloji araşdırmanın aparılmasına rəhbərlik etmişdir. 20–yə qədər fəaliyyət proqramının yaradıcısıdır. 300–ə qədər elmi, publisistik məqalənin, 5 şeir, 5 elmi kitabın müəllifidir.

Əhməd Qəşəmoğlu "Azərbaycan-Hollandiya dostluq cəmiyyəti"nin, "Tərəqqi və Demokratiya" ictimai birliyinin rəhbəridir.

İşləri
Vurğun külək. Bakı: Yazıçı, 1982, 73 səh.
Dünya çağırır məni. Bakı: Yazıçı, 1988, 88 səh.
Vlyublennıy veter. Moskva: Molodaya Qvardiya, 1985, 52 səh.
Dünyadan keçirəm indi. Bakı: Yazıçı, 1997, 142 səh.
Sosial idarəetmənin fəlsəfi və sosioloji problemləri. Bakı: Yazıçı, 2008, 264 səh.


Tarix: 14.01.2013 / 20:08 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 422 Bölmə: Şairlər və Yazıçılar