Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İmran Qasımov

Qasımov İmran Haşım oğlu (1918-1981) – dramaturq və kinossenarist, (1939-cu ildən Azərbaycan Yazıçılar İttifaqının-nın üzvü, əməkdar icnəsənət xadimi (1960), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1986), Azərbaycanın xalq yazıçısı (1979).

Həyatı
1918-ci il noyabrın 25-də Bakıda anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir.
Moskvada kino-ssenaristlər şöbəsinin rəisi, Azərbaycan Nazirlər Soveti yanında Kinematoqrafiya Komitəsi sədrinin biricni müavini, Azərbaycan Yazıçılar İttifaqında dramaturgiya üzrə məsləhətçi (1953-1954), "Literaturnıy Azerbaydjan" jurnalının baş redaktoru (1954-1956), Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin biricni katibi (1975-1981) vəzifələrində çalışmışdır.
Lenin , "Qırmızı Əmək Bayrağı", "Şərəf nişanı" ordenləri, SSRİ medalları və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltiıf edilmişdir.
"Uzaq sahillərdə" (1954), "İllər keçir" (1968), "Fransız qobeleni (Yol qeydləri)" (1970), "İtaliya mozaikası" (1972) və s. kitabların müəllifi olmuşdur.

1981-ci il aprelin 20-də vəfat etmişdir.

Yaradıcılığı

Filmoqrafiya
Abşeron ritmləri (film, 1970)(tammetrajlı musiqili-bədii televiziya filmi)-ssenari müəllifi
Axşam konserti (film, 1948)
Azərbaycanın kurortlarında (film, 1961)
Azərbaycanın müalicə ocaqları (film, 1951)
Baharla birgə (film, 1978)
Bais (film, 1985)
Bakı arxipelaqı (film, 1971)
Bakıdan Göy-gölədək (film, 1947)
Bizim küçə (film, 1961)
Böyük yol (film, 1949)
Bu, Qum adasında olmuşdur (film, 1962)
Cazibə qüvvəsi (film, 1964)(film, kinoalmanax)
Dənizi fəth edənlər (film, 1959)
Əbədi odlar ölkəsi (film, 1945)
Əsl dost (film, 1959)
Əyri yolla qazanc (film, 1960)
Gənc metallurqlar (film, 1956)
Günəş ardınca, sağlamlıq ardınca (film, 1971)
Hücumçu həmişə irəlidədir (film, 1968)
Xəzər neftçiləri haqqında dastan (film, 1953)
Xəzər nefti (film, 1948)
Xəzərdə möcüzə (film, 1961)
İnsan məskən salır (film, 1967)
Kamillik (film, 1979)
Qocaman Xəzərin gəncliyi (film, 1972)
Quba bağlarında (film, 1953)
L. İ. Brejnev Bakıda (film, 1979)
Mən Bakı fəhləsiyəm (film, 1970)
Mən Xəzər dənizçisiyəm (film, 1961)
Mənim dostum (film, 1963)
O geri çəkilməlidir (film, 1966)
Odlar yurdu (film, 1967)
Onun böyük ürəyi (film, 1958)
Sekundantlar, rinq arxasına! (film, 1974)
Səhər nəğməsi (film, 1950)
Sovet Azərbaycanı (film, 1950)
Sovet Azərbaycanının yarım əsrlik salnaməsi (film, 1970)
Sovqat (film, 1942)
Şanlı partizan (film, 1975)
Uzaq sahillərdə (film, 1958)
Yaz harada, biz orada (film, 1984)
Yazıçının bir günü (film, 1971)
Yeni horizont (film, 1940)
Yolda əhvalat (film, 1960)
Yollar və küçələrlə (film, 1963)
Zirvə buludu (film, 1972)


Tarix: 16.01.2013 / 20:03 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 592 Bölmə: Şairlər və Yazıçılar
loading...