beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gülhüseyn HüseynoğluGülhüseyn Hüseynoğlu

Gülhüseyn Hüseynoğlu — nasir, ədəbiyyatşünas, 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor (1988), antisovet "İldırım" təşkilatının qurucularından biri.

Həyatı

Gülhüseyn Hüseynoğlu 1923-cü il oktyabrın 16-da Azərbaycanın Masallı rayonunun Mollaoba kəndində anadan olmuşdur. 3-4 yaşında ikən ailəsi Bakıya köçdüyündən orta təhsilini burda almışdır. 1947-ci ildə ADU-nun filologiya fakültəsini bitirmiş, aspiranturaya qəbul olunmuş, lakin şəxsiyyətə pərəstiş dövründə həbs olunmuş, 25 il azadlıqdan məhrum edilmişdir. 1956-cı ildə ona tam bəraət verilmiş, aspiranturaya bərpa edilmişdir. Universitetdə müəllim saxlanmışdır. Universitetin Azərbaycan sovet ədəbiyyatı kafedrasının professoru, filologiya fakültəsi elmi şurasının üzvü olmuşdur. "Ana" adlı ilk hekayəsi 1944-cü ildə, "Bənövşə əfsanəsi" adlı ilk mənsur şeri isə 1946-cı ildə çap olunmuşdur.

M.Müşfiq barədə elmi monoqrafık əsərin, çoxlu tədqiqat xarakterli məqalələrin müəllifidir. Oçerk, povest və elmi-tədqiqat əsərləri yazsa da, bədii yaradıcılığında mənsur şeir və hekayə başlıca yer tutur. Azərbaycan ədəbiyyatında mənsur şerin yaradıcısı kimi tanınır. Azərbaycan Yazıçılar İttifaqının V qurultayından idarə heyətinin üzvüdür. Azərbaycan Yazıçılar Birliyinin X qurultayında YB nəsr bölməsinin rəhbəri seçilmişdir. Əsərləri keçmiş SSRİ xalqlarının dillərinə tərcümə olunmuşdur. İndiyədək otuza yaxın kitabı kütləvi tirajla buraxılmışdır.

Əsərləri
1. Xəzərin qoynunda Bakı: Uşaqgəncnəşr, 1957, 48 səh.
2. Bir ömrün çıraqları (hekayələr və povest). Bakı: Uşaqgəncnəşr, 1958, 126 səh.
3. Poylunun gənc çobanı. Bakı6 Uşaqgəncnəşr, 1958, 36 səh.
4. Etiraf (hekayələr və mənsur şeirlər). Bakı: Azərnəşr, 1961, 92 səh.
5 Nigarançılığın sonu (hekayələr və mənsur şerlər). Bakı: Azərnəşr, 1963, 75 səh.
6 Mənsur şerlər. Bakı: Azərnəşr, 1964, 44 səh.
7. Ay nur çiləyəndə (hekayələr və mənsur şerlər). Bakı: Azərnəşr, 1964, 88 səh.
8 Yaşatmaq üçün (hekayələr və mənsur şerlər). Bakı: Azərnəşr, 1966, 155 səh.
9. İtmiş keçi (hekayələr). Bakı: Gənclik, 1967, 16 səh.
10.Müşfiq (həyat və yaralıcılığı). Bakı: Azərnəşr, 1968, 107 səh.
11.İnsan (mənsur şerlər). Bakı: Gənclik, 1968, 32 səh.
12.Beşincilər (hekayələr). Bakı: Gənclik, 1969, 36 səh.
13.Gözəl (mənsur şerlər). Bakı: Gənclik, 1970, 26 səh.
14.Sübh çağı. Bakı: Gənclik, 1970, 46 səh.
15.Mücrü (mənsur şerlər). Bakı: Gənclik, 1972, 109 səh.
16.Seçilmiş əsərləri. Bakı: Gənclik, 1974, 332 səh.
17.Ömrümüz boyu (mənsur şerlər və hekayələr). Bakı: Gənclik, 1978, 274 səh.
18.İnsanlar və dalğalar (hekayələr, povestlər, ssenarilər). Bakı: Yazıçı, 1982, 316 səh.
19.Qatar gedir (mənsur şerlər və hekayələr). Bakı: Gənclik, 1983, 268 səh.
20.Simic (hekayələr). Bakı6 Gənclik, 1986, 20 səh.
21.Yana-yana (hekayələr, povestlər, mənsur şerlər, ssenarilər). Bakı: Yazıçı, 1986, 424 səh.
22.Çətin yol (hekayələr, sənədli povest, mənsur şerlər). Bakı: Gənclik, 1987, 184 səh.
23.M.Müşfiqin yaradıcılıq yolu (dərs vəsaiti). Bakı: BDU nəşriyyatı, 1987, 112 səh.
24.Kişi kimi. Bakı: Gənclik, 1992, 90 səh.
25.Seçilmiş əsərləri (iki cilddə), I cild. Bakı: Azərnəşr, 1993, 340 səh.
26.Seçilmiş əsərləri (iki cilddə), II cild. Bakı: Azərnəşr, 1993, 439 səh.
27.Məhəbbətdirmi bu. Bakı: Gənclik, 1996, 452 səh.
28.Mikayıl Müşfiq (albom-kitab). Bakı: İşıq, 1999, 152 səh.


Tarix: 15.01.2013 / 19:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 743 Bölmə: Şairlər və Yazıçılar