Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əjdər Ol

Cəbiyev Əjdər Feyzulla oğlu (Əjdər Ol) - şair, publisist, tərcüməçi, 1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Həyatı

Əjdər Ol 1958-ci il avqustun 17-də Azərbaycanın Qazıməmməd şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsilini davam etdirmişdir (1975-1979). Lerik rayonunun Acıqışlaq kənd səkkizillik məktəbində müəllim (1979-1985), "İşıq" nəşriyyatında korrektor, kiçik redaktor (1986-1988), Şüvəlan yaradıcılıq evində direktor müavini (1988-1990), Bədii Ədəbiyyatı Təbliğ bürosunda direktor müavini (1990-1992), Azərbaycan Respublikası Prezidenti Aparatında Milli məsələlər üzrə məsləhətçi (1992-1994), "Şur" nəşriyyatında baş redaktor (1994), Maliyyə Nazirliyində mətbuat xidmətinin rəhbəri (1994-?) işləmişdir.

Bədii yaradıcılığa keçən əsrin 80-ci illərindən başlamışdır. "Dünənim də belə keçdi", "Necə sevməyəsən" adlı ilk şeirləri "Azərbaycan" jurnalında (1981, N 9) dərc ediləndən sonra almanax, jurnal və qəzetlərdə orijinal və məzmunlu, bədii dəyərli poetik və publisistik əsərləri ilə müntəzəm çıxış edir.

Əsərləri
1. Gələcəkdə yaşayıram. Bakı: Yazıçı, 1987, 70 səh.
2. Alın yazıma düzəliş. Bakı: Gənclik, 1991, 71 səh.
3. Səsindən tanınan. Bakı: Şur, 1993, 52 səh.
4. Müdriklik anları. Bakı: Şirvannəşr, 1996, 22səh.
5. İndidən... Bakı: Təbriz: 1996, 102 səh.
6. Əjdər Olun kitabı. Bakı: Şirvannəşr, 1996, 85 səh.
7. Habil Əliyevin lətifələri. Bakı: Yeni nəşrlər evi, 1998, 48 səh.
8. Beş-on şeir. Bakı: Şirvannəşr, 48 səh.
9. Hamı sənə can deyir (şeirlər). Bakı: Şirvannəşr, 2000, 48 səh.
10.Könül vuruşu. Bakı: Çaşıoğlu, 2000, 234 səh.
11.Əjdər Olun kitabı (II kitab). Bakı: Şirvannəşr, 2000, 96 səh.
12.Qrafoman (hekayə-portret). Bakı: Mütərcim, 2009, 52 səh.

Tərcümələri
1.Latış xalq nağılları. Bakı: Azərnəşr, 1990, 236 səh.
2.Latış daynları. Bakı: Şirvannəşr, 1998, 70 səh.
3.Qumuq atalar sözləri. Bakı: Şirvannəşr, 2000, 88 səh.


Tarix: 14.01.2013 / 20:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 475 Bölmə: Şairlər və Yazıçılar
loading...