Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hacı Nərimanoğlu

Abdullayev Hacı Nəriman oğlu (Hacı Nərimanoğlu) — jurnalist, yazıçı, "Zəngəzur Cəmiyyətləri" birliyinin idarə heyətinin sədri.

Həyatı

Hacı Nərimanoğlu 20 fevral 1959-cu ildə Qubadlı rayonunun Saray kəndində doğulub[1]. Diləli Müskanlı kənd 8 illik və 1975-ci ildə Dondarlı kənd orta məktəbini bitirib V.İ.Lenin adına APİ-yə daxil olub. 1979-cu ildə filologiya fakültəsindən fərqlənmə diplomu ilə məzun olub. Sovet Ordusu sıralarında -Kosmodrom Baykonurda Raket Qoşunlarında hərbi xidmətdə olub, ehtiyatda olan zabitdir.

1981-ci ildən Qubadlı rayon komsomol və icraiyyə komitələrində, icra hakimiyyətində, 16 il "AzərTAc"ın "Zəngəzur" İnformasiya Mərkəzinin direktoru, "AzərTAc"-da buraxılış redaktoru, Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində, Sənaye və Energetika Nazirliyində çalışıb. Eyni zamanda 1994-2004-cü illərdə Mərziyə Davudova adına Mingəçevir Dövlət Dram Teatrında ədəbi hissə müdiri, San-Marino Beynəlxalq Elmlər Akademiyası Azərbaycan filialında müəllimi olub. 2008-ci ildən "Alyans" Media İnform MMC-nin təsisçi rəhbəri, Azərbaycan Beynəlxalq Arbitraj Məhkəməsinin arbitri (hakim), 2010-cu ildən "Zəngəzur" Cəmiyyətləri Birliyinin idarə heyətinin sədridir.

Tələbəlik illərindən ədəbi və jurnalistlik yaradıcılığına başlayıb. 1977 və 1978-ci illərdə Azərbaycan LKGİ MK və Yazıçılar İttifaqının keçirdiyi yaradıcı gənclərin respublika müsabiqəsində ədəbi tənqid üzrə 2 qalibdən biri olub. "Azərbaycan", "Ulduz", "Gənclik" jurnallarında, "Ədəbiyyat və incəsənət", "Bakı", "Azərbaycan", "Aydınlıq" qəzetlərində, digər dövri mətbuat səhifələrində 100-dən çox ədəbi, elmi-publisist məqaləsi dərc olunub. Qubadlı-Zəngəzur bölgəsinin tarixi, toponomiyası, danışıq dili-şivəsi haqqında araşdırmaları elmi jurnal və qəzetlərdə çap olunub. O cümlədən, "Oğuz yurdum Qubadlım" məqalələr silsiləsi "Avanqard" qəzetində 1981–ci il, 12 may-avqust və sair saylarında.

50 yaşının tamam olması münasibəti ilə Azərbaycan Yazıçılar Birliyinin təbrik məktubu "Ədəbiyyat" qəzetində 13.02.2009-cu ildə yayılıb.

Kitabları
Dağlar oğlu (Milli Qəhrəman Əliyar Əliyev haqqında). 1992
Onlar bizim fəxrimizdir.
İgidlər eldən gələr
Mingəçevirin Şəhid polisləri
Qubadlısız 16 il
Rəcəb Tayyib Ərdoğan
TURAN Aşiqləri
Zəngəzurda doğuldular, Anadoluda əbədiyyətə qovuşdular. 2012.

Rus dilindən hüquqi ədəbiyyatlardan tərcümə kitablar
Konsaltinq
Danışıqlar

Məqalələri
Oğuz yurdum Qubadlım. "Avanqard" qəzeti, 1981–ci il, 12 may.
Yüzbaşı Baba. "Bütöv Azərbaycan" qəzeti, №39 (171), 14-20 noyabr 2012-ci il.


Tarix: 15.01.2013 / 20:00 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 655 Bölmə: Şairlər və Yazıçılar
loading...