beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xatirə Quliyeva

Həyatı

Quliyeva Xatirə Nəcəfqulu qızı 1962-ci ildə Bakıda doğulub. 1969-1979-cu illərdə Bakının Cəfər Cabbarlı adına 187 saylı orta məktəbində, 1980-1985-ci illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsində oxuyub. Ali məktəbi fərqlənmə diplomu ilə bitirdikdən sonra İnstitutun Elmi Şurasının qərarı ilə AMEA-nın aspiranturasına göndərilib.Aspiranturaya qəbul edilməsə də AMEA-da fəaliyyətə başlayıb. 1985-2004-cü illərdə AMEA-nın EMİ-da, Nizami adına Ədəbiyyat İnstitutunda,"Fəlsəfə, sosiologiya və Hüquq " İOnstitutlarında çalışıb.1992-ci ildə Ədəbiyyat İnstitutunda Ədəbiyyat Nəzəriyyəsi indeksində "Cəfər Cəfərovun ədəbi-təınqidi görüçşləri" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1989-1991-ci illərdə Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının Qərarı ilə Moskvada M. Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda uzun müddətli elmi ezamiyyətdə olub.

Elmi fəaliyyəti

1984-cü ildən respublika dövrü mətbuatında çıxışlar edən Xatirə Quliyeva 50-dən çox elmi məqalə daxil olmaqla 200-dən çox məqalənin müəlifidir. X.Quliyeva Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür.

13 kitabın, o cümlədən 5 elmi monoqrafiyanın,3 şerlər, 4 povestlər kitablarının,1 publisist əsərin, həmçinin də 1 tərtib kitabının müəllifidir.

Xatirə Quliyeva eyni zamanda "Nəsimi" Suriya Azərbaycan Dostluq Cəmiyyətinin təsisçisi və sdri,"Cahan+" qəzetinin yaradıcısı və baş redaktorudur. Xatirə Quliyeva Hatira Cihan Turk imzası ilə Türkiye və Avropa mətbuatında da dərc olunur.

Monoqrafiyalar:
1."Azərbaycan estetik fikri və Cəfər Cəfərov"Bakı-Elm-1998.
2."Həmişə müasir Cəfər Cəfərov" Bakı-Elm-1999.
3."Heydər Əliyev və mənəvi-estetik dəyərlər"Bakı-Azərnəşr-2002.
4."XX əsrin böyük Azərbaycan filosofu Zakir Məmmədov" Bakı-2003.
5. "Azərbaycanda maarifçi esttika" Bakı-Elm-2001.

Bədii əsərlər:
1."Mən elə bilirdim ki"(şerlər)Bakı-1997.
2."Sənə deyəcəkdim ki"(şerlər)Bakı-2002.
3."Ölən sevgilər" (şerlər)Bakı-2010.
4."Haqqın hesabı"(povest)Bakı-2004.
5."Direktor "B"" (povesdt)Bakı-2004.
6."Alfons prokuror"(povest)Bakı-2004.
7."Onun ağ məhəbbəti"(povest)Bakıl-2010.

Publisist əsər:
1."Köynəyi yaşıl oğlan" Bakı-1997.


Tərtib:
1."Həyat burulğanı və ondan çıxış yolu"(Cəfər Cəfərov 3 cild).


Tarix: 16.01.2013 / 19:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 599 Bölmə: Şairlər və Yazıçılar