Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ugah xalçaları

Ugah xalçaları - Azərbaycanın Quba-Şirvan xalçaçılıq mərkəzinin Quba qrupuna aid olan Ugah xalçaları qədim və zəngin tarixə malikdir.İstehsalı

"Ugah" xalçaları Qubadan 50km cənub - şərq istiqamətində yerləşən kəndin adını daşıyır. Qonşu kəndlərdə - Təkyə, Noxudlar, Hacı İskəndərli, Çarax və s.- bu ad altında hazırlanan xalçalar da məlumdur.

Bədii xüsusiyyətləri

"Ugah" xalçasının ara sahəsinin kompozisiyası xalq arasında təhəng adlanan bitki mənşəli naxışların kiçik şəbəkəsindən ibarətdir. "Ugah" xalçasının köbə zolaqlarının mövzusu Azərbaycan dekorativ sənətinin müxtəlif sahələrində tətbiq olunan naxışlardan götürülmüşdür. Toxucular arasında "çiçəkli" adlanan orta haşiyəni Qarabağ xalçalarının ("Nəlbəkigül" və ya "Qoca") köbə naxışlarında da görmək olar. Bundan başqa, "Ugah" xalçasının xarakterik xüsusiyyəti kiçik haşiyə olub, şimal - şərqi Azərbaycanın xalçaçılıq məntəqələrində "qeyçi" və ya "qızılgül" adı ilə məşhurdur. "Ugah" xalçalarının rəng xüsusiyyətlərindən danışsaq, qeyd edə bilərik ki, onun fonu sürməyi, tünd - kərpic rəngli və ya yaşıl kobalt rəngində olur. Ara sahənin elementlərinin rəngi bütün istiqamətlərdə bir elementdən bir növbələnir (üfüqi, şaquli və diaqonal üzrə).

Texniki xüsusiyyətləri

"Ugah" xalçasının ölçüsü 95x140sm-dən 110x160sm-ə qədərdir. Nadir hallarda uzunsov formada və ya böyük ölçüdə toxunur. İlmələrin sıxlığı 40x40 (bir kvadrat metrdə 160000 ilmə var). Xovun hündürlüyü 5mm-dir.


Tarix: 24.03.2013 / 16:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 146 Bölmə: Toxuculuq
loading...