Ramazanda dişlərə qulluq
Ramazan ayında dişlərimizi necə qoruyaq? Uzun müddət ac və susuz qaldığımız bu günlərdə ağız sağlamlığı təhlükə qarşısında qalır.
16-17 saatlıq oruc vaxtında ağızda yaranan bakteriyalar asanlıqla dişlərə,damağa zərər vura bilər, ağız qoxusunun yaranmasına yol aça bilər.
Bu problemlərdən qaçmaq üçün gün ərzində məcunsuzda olsa dişləri fırçalamaq, imsaq və iftarda şəkərli yemək və içkilərdən uzaq durmaq məsləhətdir.
Pendir, süd məhsulları, meyvə tərəvəzlə qidalanmaq sağlam dişlər üçün çox önəmlidir.
İftardan və imsaqdan sonra dişlərinizi mütləq fırçalayın
Şəkərli qidalardan uzaq durun
Diş ipindən istifadə edin
Yalnız dişinizi deyil, dilinizidə fırçalayın
Protezlərin təmizliyinə diqqət edin.
Tarix: 19.01.2015 / 12:57 Müəllif: Aziza Baxılıb: 80 Bölmə: Stomatologiya
loading...