Mötəbər elmi mənbələrdən biri sayılan Lanset jurnalında alkoholun heroin və kokain kimi narkotik maddələrdən daha çox zərərli olduğu barədə bir məqalə dərc edilib.
Məqalənin müəllifləri narkotiklərin təkcə ayrıca fərd yox, bütün cəmiyyətə zərərli təsirini müəyyən etmək üçün yeni bir qliymətləndirmə sistemini istifadə ediblər.
Buna qədər də alkoholun Britaniya cəmiyyətinə mənfi təsiri barədə çox danışılıb, lakin Lanset jurnalında dərc edilmiş məqalədə bu məsələyə daha bir bucaqdan nəzər yetirilir.
Araşdrımalar nəticəsində məlum olub ki, alkoholun cəmiyyətə dağıdıcı təsiri heroin və ya kokaindən daha çoxdur. Sağlamlıq, cinayət əməlləri və fəsadların aradan götürülməsi xərcləri baxımından 20 narkotik maddəni 16 zərərli təsir əsasında dəyərləndirərək tədqiqatçılar belə bir nəticəyə gəliblər ki, heroin - 55, kokain - 54 şərti xal topladığı halda, zərərli təsirlər şkalasında alkoholun payına 72 xal düşür.
Fərdlərin səhhəti məsələsinə gəldikdə isə, alkohol ən zərərli 4 amildən biridir.
Məqalədə deyilir ki, araşdırmanın nəticələri alkoholun geniş istehlakını və narkotik maddələrin daha geniş sosial kontekstdə təsirini əks etdirir.
Məqalənin müəlliflərindən biri - bir il bundan əvvəl narkotiklər sahəsində yürüdülən siyasət barədə açıq fikirlər söylədiyinə görə vəzifəsindən çıxarılmış Britaniya hökümətinin keçmiş müşaviri professor Devid Nattır (David Nutt).
O, deyir ki, Britaniyanın narkotiklərlə bağlı qanunvericilyi köhnəlib və umid edir ki, hökümət nazirləri araşdırmanın nəticələrini nəzərə alacaqlar. Professor Natt hesab edir ki, "biz təkcə qeyri-qanuni yox, bütün narkotikllərin istifadəsinə dair məsələləri təftiş etməliyik. Biz buna ictimaiyyətin nəzarət yollarına təzədən baxmalıyıq. Bu məsələ, ciddi surətdə, yüksək səviyyədə müzakirə edilməlidir"
Lakin bəzi şərhçilər araşdırmanın yarı-elmi olduğunu deyərək bu nəticələrə skeptik yanaşırlar. Onlar deyirlər ki, əgər alkohol - siyahıda qanuni olan yeganə uyuşdurucu maddədirsə, onun cəmiyyətə geniş təsiri də təəccüblü deyil.
Tarix: 08.01.2015 / 14:20 Müəllif: Aziza Baxılıb: 43 Bölmə: Saglamliq