Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Özünüzü qripdən qoruyun

Son vaxtlar uzunmüddətli öskürəklə müşayiət olunan qriplər daha çox yayılıb. Qripi əlamətlərinə görə bənzər xəstəliklərdən ayırd etdikdən sonra müalicəsinə
başlamaq lazımdır.
Havaların dəyişkən keçməsi ilə əlaqədar daha çox yoluxduğumuz və "keçib gedər" deyə müalicəsindən imtina etdiyimiz qrip sonradan əksər xəstəliklərin "səbəbkarına" çevrilir. Son vaxtlar isə uzunmüddətli öskürəklə müşayiət olunan qriplər daha çox yayılıb. Qripi əlamətlərinə görə bənzər xəstəliklərdən ayırd etdikdən sonra müalicəsinə başlamaq lazımdır. Özünü tədricən göstərən halsızlıq, asqırıq, burun tutulması, boğaz ağrısı, bəlğəmli, ya da fasiləli öskürək soyuqdəymənin əlamətləridir və tez keçib gedir. Qripin əlamətləri isə birdən ortaya çıxır və 3-6 saat ərzində üşümə, halsızlıq, yorğunluq və hərarətin yüksəlməsi ilə müşayiət olunur.

Qrip virusuna yoluxan adam 3 gün ərzində xəstələnir və öskürərkən havaya milyonlarla virus yayılır. Sağlam orqanizmə hava vasitəsilə virus daxil olur və əgər bədənin immuniteti azdırsa, 1-4 gün ərzində xəstə olur. İctimai yerlərdə qripə yoluxma halları daha çox baş verir. Çünki virus xarici mühitdə 2-8 saat qala bilir.

Qripə yoluxduqdan sonra orqanizmə peyvənd vurmağın heç bir mənası yoxdur. Digər tərəfdən, virus tənəffüs yollarını həssaslaşdırır və artıq xəstəyə havanın temperaturu, havanın quruluğu, hətta toz belə mənfi təsir göstərir.
Buna görə də, qripin təsirləri tamamilə ortadan qalxana qədər istirahət etmək, qidalanmaya xüsusi fikir vermək lazımdır. Həkimlə məsləhət etmədən qəbul edilən C vitamini qripin qarşısını almaq üçün çıxış yolu ola bilməz.

Digər tərəfdən, xəstəliyin müalicəsi qədər profilaktikası da çox əhəmiyyətlidir. Belə ki, əlləri tez-tez yumaq virusa yoluxmaq ehtimalını kəskin şəkildə azaldır. Əllərimizi yuyarkən maye sabun, qurulayarkən isə kağız dəsmaldan istifadə etmək məsləhətdir.


Tarix: 08.01.2015 / 14:11 Müəllif: Aziza Baxılıb: 42 Bölmə: Saglamliq
loading...