Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vorontsovka rayonu

Kalinino rayonu — Ermənistan Sovet Sosialist Respublikasında və Ermənistan Respublikasında mövcud olmuş inzibati-ərazi vahidi. 31 dekabr 1937-ci ildə təşkil edilmişdir. 1991-ci ildə adı dəyişdirilmiş və Taşir rayonu adlıandırılmış, 5 noyabr 1995-ci ildə isə ləğv edilərək ərazisi yeni yaradılmış Loru mərzinin tərkibinə qatılmışdır.

Ərazisi 690 kv.km-dir. Rayon mərkəzi Varontsovka qəsəbəsidir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 174 km-dir.

Rayonun Soyuqbulaq kəndi yaxınlığında Armudlu və Qaçaqqıran dərələrində əsrlərin yadigarı olan Soyuqbulaq qayaüstü rəsmləri var. Bu rəsmlər Qobustan qayaüstü rəsmlərini xatırladır. Rayonun Cücəkənd kəndində (Kəndin adı Cuci xanla bağlanılır) qədim oğuz tayfalarının adlarını xatırladan tayfa adları var: sakatlar, qaraqurbanlılar, qarakəllər,d əmirçilər, saraclılar, bocalevi, işvahannılar, çırpanevi, dərvişlər və s.

1988 -ci ilə qədər azərbaycanlıların yaşadıqları və həmin il tərk etməyə məcbur olduqları yaşayış məntəqələri: Qızılkilsə, Sarıyal, Molla Eyyublu, Cücəkənd, Soyuqbulaq, İlməzli, Qaraqala, Qaraisa, Dəmirçilər, Vorontsovka, Qurdqala.


Tarix: 07.02.2015 / 14:12 Müəllif: Feriska Baxılıb: 86 Bölmə: Qərbi Azərbaycan
loading...