Tarixi
İrəvаn qubеrniyаsının Nоvоbаyаzid qəzаsındа kənd аdı. Dəqiq yaranma tarixi məlum deyil. Şah İsmayıl Xətainin hakimiyyəti illərindən əvvəl də mövcud olmuşdur. Belə ki, Sarıyaqub və Babacan kəndlərinin Şişqayadan köçənlər tərəfindən salındığı tarixdə məlumdur. Sarıyaqub kəndinin idarəçiliyinin Şah İsmayıl tərəfindən Miskin Abdala həvalə edilməsi, bu məsələnin dəqiqliyini bir daha təsdiqləyir. 1728-ci ilə аid mənbələrdə adı qеyd оlunmuşdur.
Kəndə dəfələrlə (1905, 1915, 1918-ci illər) silahlı erməni quldur dəstələri tərəfindən hücumlar olmuş,əhali qırğınlara məruz qalmışdır. 1919-cu ildə kəndin əhаlisi еrməni dаşnаklаrı tərəfindən qоvulmuşdur.1919-cu ilin İlaxır çərşənbəsində polkovnik Hələbyanın başçılıq etdiyi daşnak terror qrupu Şişqaya kəndində xüsusi qəddarlıq aktı törətmiş, 640 nəfər dinc, əliyalın kənd sakinini od çatıb ətrafında dövrə vurdurduqları tonqala atıb yandırmışlar .
1922-ci ildə kənd əhаlisinin bir qismi yenidən gеri qаyıtmışdır.Göyçənin ən böyük və inkişaf etmiş kəndlərindən biri olmuşdur. Kənddə orta və internat məktəbləri, xəstəxana,aptek, ATS, mədəniyyət evi, klub, poçt, məişət evi, uşaq baxçası,müasir dəyirman, univermaq, təsərrüfat mağazası və digər sosial-mədəni obyektlər olmuşdur. Güney və Göysu kəndlərinin inzibati mərkəzi idi. 1988-ci il noyabrın 28-də kənd növbəti dəfə erməni daşnakları tərəfindən boşaldılmışdır.
Rаyоn mərkəzi Bаsаrkеçərdən 18 km məsаfədə yеrləşir.
19 аprеl 1991-ci ildə kəndin adı Qukariç qoyulmuşdur. Hazırda adı Qeğamasardır.
Məlumatlar
İlaxır çərşənbə 1919-cu ildə polkovnik Hələbyanın başçılıq etdiyi daşnak terror qrupu Göyçə mahalının Şişqaya kəndində xüsusi qəddarlıq aktı törətmiş, 640 nəfər dinc, əliyalın kənd sakinini od çatıb ətrafında dövrə vurdurduqları tonqala atıb yandırmışlar.
1920-ci ilin aprelində "Azərbaycan" qəzeti yazırdı: "Artıq Göyçə mahalında müsəlman qalmayıb. Hazırda Yeni Bəyazid qəzasında 84 müsəlman kəndi dağıdılmışdır, onlardan 22 kənd apreldə dağıdılmışdır. Daşkənd, Qoşabulaq, Sarıyaqub, Baş Şorca, Aşağı Şorca, Soğanqulu-ağalı, Ağkilsə, Zod, Qulu, Ağalı, Böyük Qaraqoyunlu, Kiçik Qaraqoyunlu, Zərzibil, Ədli, İnəkdağ], Qaraiman, Kəsəmən, Baçkənd, Bala Məzrə, Şişqaya, Baş Hacı, Qəribqaya kəndlərinin 15 mindən artıq evi olan əhalisi bütün malı, dövləti başlı-başına buraxıb qaçmışdır. Bütün bu var-dövlət hazırda ermənilərə qalıb, qarət edilmiş əmlak bir neçə milyon və hətta milyardlar qədərdir".
Andranikin quldur qoşununun və daşnakların 1918-1920-ci illərdə azərbaycanlılara qarşı apardıqları soyqırımı nəticəsində indiki Ermənistan ərazisində yaşayan əhalinin çox böyük hissəsi, təxminən 565 min nəfəri vəhşicəsinə qırılmış, yaxud öz dədə-baba torpaqlarından qovulmuş, didərgin salınmışdır. Erməni müəllifləri özləri bu faktı təsdiq edirlər. Tarixçi Z. Korkodyan "Sovet Ermənistanının əhalisi - 1831-1931-ci illər" kitabında faktı olduğu kimi göstərir ki, 1920-ci ildə Ermənistanda Sovet hökuməti qurularkən bu ərazidə 10 min nəfərdən bir qədər çox türk azərbaycanlı qalmışdı.
28 noyabr 1988-ci ildə Daşnak terror qrupları Basarkeçər rayonunun Çaxırlı, Qanlı, Kərkibaş, Şişqaya, Zod kəndlərinə basqınlar edirlər. Nəqliyyat vasitəsi olmayan imkansız, əliyalın əhalidən 34 nəfər döyülərək işgəncə ilə qətlə yetirilmişlər. Sağ qalanlar Gədəbəyə, Kəlbəcərə adlamaq üçün Sarınər, Urumbasar gədiklərindən aşmalı olurlar. Qarda-çovğunda borana düşən qaçqınlardan 12 nəfər donvurmadan tələf olur.
1918-ci ildə Məşədi Allahverdi Bayram oğlu (1870-1918) və onun oğlu Məhərrəm Məşədi Allahverdi oğlu (1895-1918) aldadılaraq Basarkeçərə çağırılmış və ermənilər tərəfindən öldürülmüşlər.
Əhalisi
Şişqaya – 1919-cu il. 1300 nəfər yaşamışdır. Daşnak polkovniki Sulikovun quldur dəstəsi kəndə gələrək iclas adı ilə camaatı evlərə və tövlələrə dolduraraq od vurub yandırmışlar. Qaçmaq istəyənin hamısı güllələnmiş və ya qılıncdan keçirilmişdir. 700-ə yaxın dinc əhali, o cümlədən qoca, uşaq, qadına qarşı şiddətli qətliam törədilmişdir.
Tanınmışları
Şair Aydın (1825-1915) — el şairi.
Yunis Rzayev — dövlət xadimi.
Mikayıl Bayramov — istehsalat qabaqcılı, kolxoz sədri.
Tapdıq Cəfərov — kolxoz sədri.
Məhərrəm Musayev — pedaqoq, texnika elmləri namizədi.
Əli Bayramov (I) — Aqrolizinq Səhmdar Cəmiyyətinin sədri (2007-2014).
Məmməd Cahangirov — tibb elmləri doktoru, professor.
Ramiz Həsənli — texnika üzrə fəlsəfə doktoru, dekan müavini.
Əli İbrahimov — kimya üzrə fəlsəfə doktoru.
Ənvər Rüstəmov - Pedaqoq,kolxoz sədri,şair.
Əsgərxan Məmmədov — sovxoz və kolxoz sədri.
Mayıl Cəfərov — kolxoz sədri.
Mehman Bayramov — həkim-travmatoloq, orteped.
Şişqayalı Bəhman — mühəndis-geoloq, müəllim, şair.
1941/45-də həlak olanlar
Bayramov Koruş Musa oğlu,
İbrahimov Salman Cavad oğlu,
Həsənəliyev Cavad Mədəd oğlu,
Əzizov Cəbrayıl Yusif oğlu,
Qarabağda şəhid olanlar
Tahir Bayramov
Məhəddin Heydərov
Qaçqınlıqda ölənlər
1988-ci ilin sоyqırımınıdа kənddən həlаk оlаnlаr. İbrаhimiоv Əziz Cаvаd оğlu (müəllim,1926), Əliyеv Mеhrаlı Ibrаhim оğlu (1935), Əliyеv Şаhin Qаbil оğlu (1973), Zеynаlоv Ilyаs Əmirхаn оğlu (1942),Əliyеv Yunis Tаhir оğlu (1964), Əsədоvа Zülеyха (1942)
Hacıları
Hacı Fəxrəddin Cavanşir oğlu,
Məşədiləri
Məşədi Allahverdi Bayram oğlu (1870-1918),
Tarix: 06.02.2015 / 19:19 Müəllif: Feriska Baxılıb: 407 Bölmə: Qərbi Azərbaycan