Şorca Göyçə mahalıda Çəmbərək rayonuna aid bir kənddir. (Çəmbərək rayonundan Göyçə mahalına aid olan cəmi 5 kənddən biri). Hazırda Geğarkunik marzında (vilayət) yerləşir.Tarixi
Şorca - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Çəmbərək (Krasnoselo) rayonunda kənd.
Rayon mərkəzindən 13 km cənub-şərqdə Göyçə gölünün sahilində yerləşir.
Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.297).
XIX əsrin 40-cı illərində kəndə ruslar (malakanlar) köçürüləndən sonra kənd həm də Nadejdino adlandırılmışdır (s.32).
Kəndin adı erməni mənbələrində Şor Əli, Şorjalı (415, s.32), rus mənbələrində Şorcalı (Şordjalu) formalarında (Cборник cведений o Kaвказе, т. V, Тифлис, 1879, № 1368) qeyd edilmişdir.
Toponim şorcalı tayfa adının əsasında yaranmışdır. Toponimin sonundakı -lı şəkilçsi sonralar ixtisar edilmiş və sənədlərdə Şorca kimi rəsmiləşmişdi. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Əhalisi
5 fеvrаl 1919-cu ildə erməni dаşnаk tеrrоr qrupu Şоrcа kəndinə bаsqın еtmişlər.
Kənddəki bütün kişilər qılıncdın kеçirilmiş, uşаqlаrı isə təndirlərə аtmışlаr.
Tarix: 06.02.2015 / 19:19 Müəllif: Feriska Baxılıb: 37 Bölmə: Qərbi Azərbaycan