Tarixi
Yuxarı Necili - İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd. Rayon mərkəzindən 1,5 km şimalda yerləşir. 1969 - cu ildə Zəngibasar (Masis) rayonu təşkil edilənədək Qəmərli (Artaşat) rayonunun tərkibində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində (348, s.186) qeyd edilmişdir.
Kənddə 1831-ci ildə 155 nəfər, 1873 - cü ildə 540 nəfər, 1886-cı ildə 654 nəfər, 1897-ci ildə 791 nəfər, 1908-ci ildə 933 nəfər, 1914 - cü ildə 945 nəfər, 1916-cı ildə 732 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.48-49, 128-129). 1918-ci ilin sonu 1919 - cu ilin əvvəllərində kəndin sakinləri erməni təcavüzünə məruz qalraq deportasiya olunmuşdur (309, s.220). Yalnız indiki Ermənistanda Sovet hökuməti qurulandan sonra sağ qalanlar ata-baba yurdlarına dönə bilmişdir.
Burada 1922-ci ildə 319 nəfər, 1926-cı ildə 365 nəfər, 1931-ci ildə 627 nəfər azərbaycanlı yaşamışdır (415, s.48-49, 128-129). 1988-ci ilin noyabr-dekabr aylarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. Toponim fərqləndirici əlamət bildirən "yuxarı" sözü ilə nəcli türk tayfasının adı (143, s.30) əsasında əmələ gəlmişdir. Azərbaycan dilində ə~e səs əvəzlənməsinin qanunauyğun fonetik hadisə olduğunu nəzərə alıb qeyd edə bilərik ki, necili nəçli etnoniminin fonetik variantıdır. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Erm. SSR AS RH-nin 25.l.1978-ci il tarixli fərmanı ilə adı dəyişdirilib Nizami (Azərbaycan şairi N.Gəncəvinin adı) qoyulmuşdur.
Görkəmli şəxsiyyətləri
Zeynalov Əsgər Məmməd oğlu - filologiya elmləri doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Sahil Məmmədov — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi zamanı xüsus fəallıq göstərmiş fateh.
Tarix: 06.02.2015 / 19:11 Müəllif: Feriska Baxılıb: 140 Bölmə: Qərbi Azərbaycan