Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Namiq Məmmədov

Namiq Məmmədov - “CASPEL” MMC-nin İdarə Heyətinin sədri

Həyatı
Namiq Məmmədov 1976-ci ildə Ermənistan Respublikası Quqark rayonunda ziyalı ailəsində anadan olub.

2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetini, 2008-ci ildə isə Bakı Dövlət Universitetinin Hüquq fakultəsini bitirib.

1999-ci ildən “Kaspian Amerikan Telekom” şirkətində satış üzrə menecer, daha sonra Regional Satış və Marketinq Departamentində müdir vəzifəsində işləyib.

2002-ci ildə “Kaspian Elektroniks” şirkətində baş menecer vəzifəsinə, 2005-ci ildən etibarən isə “CASPEL” MMC şirkətinə Baş direktor vəzifəsinə təyin olunub.

Hal hazırda “CASPEL” MMC-nin İdarə Heyətinin sədri vəzifəsində işləyir.


Tarix: 06.02.2015 / 15:40 Müəllif: Feriska Baxılıb: 41 Bölmə: Qərbi Azərbaycan
loading...