Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Pir Hüseyin türbəsi (İrəvan)

Pir Hüseyin türbəsi və ya Cəfərabad türbəsi – Qərbi Azərbaycanın (indiki Ermənistan) Zəngibasar mahalında, Zəngibasar rayonunun mərkəzi olan Uluxanlı qəsəbəsindən 14 km şimalda, İrəvan şəhəri yaxınlığında yerləşən Cəfərabad kəndində (indiki Arqavand) qırmızı tuf daşdan inşa edilmiş səkkiztilli türbə.
Xüsusiyyətləri
Qaraqoyunlu əmirlərinin sərdabəsi üzərində ucaldılan türbənin hündürlüyü 12 metrdir. Türbəni yuxarıdan kəmərvari əhatə edən 22 metr uzunluğunda ərəbdilli kitabədə Çuxursəd vilayətinin Saatlu (Saqatlı) türk tayfasından olan əmirləri Pir Hüseyin və Əmir Səədin (1411 – ci ildə vəfat etmişdir) adları çəkilmişdir. Başqa sözlə kitabədə yazılıb ki, "Bu günbəzli müqəddəs sərdabə böyük hökmdar Pirbudaq xanın və noyon Yusifin padşahlığında Əmir Səədin oğlu Pir Hüseynin əmri ilə hicri 816 – cı il rəcəb ayının 15 – də (miladi 1413 – cü il, 11 oktyabr) tikilmişdir.


Tarix: 05.02.2015 / 13:23 Müəllif: Feriska Baxılıb: 34 Bölmə: Qərbi Azərbaycan
loading...