Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Eldar Həsənli

Həyatı
Həsənli Eldar Həsən oğlu 1960-cı il aprelin 28-də Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində şair Həsən Xəyallının ailəsində anadan olmuşdur.

Burada kənd orta məktəbini bitirdikdən sonra, 1980-ci ildə Şuşa Mədəni-Maarif Texnikomuna qəbul olmuş və 1983-cü ildə təhsilni başa vurmuşdur.

Ədəbi fəaliyyətə Bərdə rayonunun "Müəllimlər evi"nin nəzdində olan poeziya dərnəyində rəhbər kimi başlamış, "Uşaq poeziyası" dərnəyinə rəhbərlik etmişdir. Eldar Həsənli Azərbaycan Aşıqlar Birliyinin Bərdə bölgəsi üzrə şöbə müdiri işləmişdir.

İlk şeiri 1983-cü ildə "Sovet Ermənistanı" qəzetində dərc olunmuşdur. Hazırda bir çox almanaxlarda, jurnallarda, qəzetlərdə şeirləri və publisist yazıları çap oluur. Əsərləri geniş oxucu rəğbəti qazanmışdır.

"Aqilim, Sərrafım qaldı Göyçədə" (1997), "Gözlərimin yaşı qalıb o yerdə" (1998), "Göyçə mənim, qadası, Ələsgərim, Alımdır" (Bakı, "Azərbaycan" nəşriyyatı, 1999, 176 səh. 1000 tiraj), "Sən günəşin zərrəsiydin" (1999) və "Dünya mənim qəfəsimdi" (2001) kitabları çap olunub. Seçilmiş əsərlərindən və son illər qələmə aldığı şeirlərindən ibarət altıncı kitabı çapa hazırlanır.

Eldar Həsənli Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Bakı şəhərində yaşayır, işləyir və ədəbi fəaliyyətini müntəzəm davam etdirir.

Kitabları
"Aqilim, sərrafım qaldı Göyçədə". 1997
"Gözlərimin yaşı qalıb o yerdə". 1998
"Göyçə mənim qadası, Ələsgərim, Alımdı". Bakı, "Azərbaycan" nəşriyyatl, 1999. 176 səh. 1000 tiraj.
"Sən günəşin zərrəsiydin". 1999
"Dünya mənim qəfəsimdi". Bakı: Azərnəşr, 2001, 160 səh.


Tarix: 05.02.2015 / 17:16 Müəllif: Feriska Baxılıb: 88 Bölmə: Qərbi Azərbaycan
loading...