UMEYR IBN VƏHB
Həqiqətən, Umeyr ibn Vəhb mənim üçün mənim bəzi uşaqlarımdan doğma oldu.
Ömər ibn əl-Xəttab (Allah ondan razı olsun)
Umeyr ibn Vəhb Bədr döyüşündən sonra sağ-salamat qayıtdı, lakin orada onun müsəlmanlara əsir düşmüş oğlu qaldı. Umeyr qorxurdu ki, müsəlmanlar gənc oğlunu, Umeyrin etdiyi günahlarına görə girov götürüb, Allahın Elçisinə (ona allahın salavatı və sa¬lamı olsun) və onun səhabələrinə (Allah onlardan razı olsun) zərər vurduğu üçün, ibrət olsun deyə və başqalarını qorxutmaqdan ötrü, şiddətli işgəncələrə məruz qoy¬sun¬lar.
Bir dəfə səhər çağı Kəbəni təvaf edib orada qoyulmuş bütlərdən xeyir-dua almaq üçün Umeyr səcdəgaha getdi. O orada əl-Hicarın(Əl-Hicar – Məkkə məscidinin) yanında oturmuş Səfvan ibn Umayənə gördü. Umeyr ona yaxınlaşaraq dedi:
- Sabahın xeyir, ey qureyşlilərin başçısı!
- Sabahın xeyir, ey Əbu Vəhb, deyə Səvfan. – Otur, bir az cöhbət edək ki, vaxtımız keçsin.
Umeyr Safvan ibn Umayənin yanında əyləşdi və ikilikdə Bədr yaxınlığındakı döyüşün hadisələrini və onun dəhşətli sonunu yada salmağa başladılar. Onlar Muhəmmədin (ona Allahın salavatı və salamı olsun) və onun səhabələrinin əlinə düşmüş əsirlərin adlarını bir daha yad etdilər. Onlar müsəlmanların qılınc zərbələrindən həlak olmuş və Kulaibənin dərinliklərində itib-batmış adlı-sanlı qureyşlilər üçün göz yaşı axıdırdılar.
Səfvan ibn Umayə dərindən köksünü ötürərək dedi:
- Allaha and olsun, onlar bizim ən yaxşı adamlarımız idi, indi belələri artıq yoxdur. Allaha and olsun, sən haqlısan, - deyə Umeyr dilləndi. Bir qədər susub, o əlavə etdi: - Kəbənin hökmdarına and olsun, əgər mənim borclarım olmasaydı, çünki mən onları heç nə ilə ödəyə bilmirəm, həm də uşaqlarımın başsız qalacağından qorxmasaydım, gedib Muhəmmədi öldürməklə bu bəlaya birdəfəlik son qoyulardı. – Sonra, o, səsini alçaldaraq dedi: - Mənim oğlum Vəhbin onlarda qalması, mən Yəsribə getsəm, heç kimdə heç bir şübhə doğurmaz.
Səfvan ibn Umayə Umeyr ibn Vəhbin bu sözlərindən yapışaraq, belə bir gözəl fürsəti əldən buraxmağa razı olmadı. Ona tərəf dönərək, Səfvan dedi: “Ey Umeyr, gəl mən sənin borclarını ödəməyi, onlar nə qədər çox olsa da öz üstümə götürüm... O ki qaldı sənin uşaqlarına, mən onları öz ailəmə götürərəm və onlar biz sağ olana qədər mənimkilərlə birlikdə tərbiyə alarlar... Pulum kifayət qədər çoxdur və onların hamısının ehtiyacsız yaşamasına çatar”.
Umeyr dedi:
- Beləliklə, söhbətimizi gizli saxla və heç kimə danışma.
- Mən bunu sənə vəd edirəm, - deyə Safvan cavab verdi.
Umeyr ibadətgahdan gedəndə Muhəmmədə (ona Allahın salavatı və salamı olsun) qarşı nifrətinqızmış alovu onun ürəyində şılələnirdi. O öz niyyətini həyata keçirmək üçün ciddi hazırlaşmağa başladı.
Umeyr səfərə çıxanda kiminsə ondan şübhələnəcəyinə qətiyyən ehtiyat etmirdi, çünki əsir qureyşlilərin qohumları onları, pul verib əsirlikdən azad etdirmək üçün, tez-tez Yəsribə gedirdilər.
Umeyr ibn Vəhb qılıncını itiləməyi və ono zəhər sürtməyi əmr etdi. Sonra o dişi dəvəsini yəhərləməyi tapşırdı. Onu gətirəndə yəhərə əyləşdi... Umeyr ibn Vəhb aşıb-daşan qəzəb və nifrətlə Mədinəyə yola düşdü.
Mədinəyə çatdıqda, Umeyr birbaşa məscidə yollandı ki, orada Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun) ilə görüşsün. Məscidin girişinin yaxınlığında o, dəvəni əyləşdirib yerə düşdü.
Bu vaxt Ömər ibn əl-Xəttab (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) bir-neçə səhabəsi ilə məscidin qapısının yaxınlığında oturmuşdular. Onlar Bədr döyüşü haqqında xatirələrini yada salır, əsir düşmüş qureyşlərdən və düşmənin verdiyi tələfatdan danışır, müsəlman mühacir və ənsarların qəhrənancasına və igidliklə vuruşduqlarını yad edir, habelə Allahın onlara bəxş etdiyi şərəfli qələbə haqqında və düşmənlərinə göndərdiyi amansız məğlubiyyətdən danışırdılar.
Təsadüfən geriyə döndükdə Ömər dəvədən yerə sıçrayan və sonra isə qılıncla qurşanmış Umeyr ibn Vəhbi məscidə tərəf gedən gördü.
Bundan narahat olan Ömər cəld ayağa qalxdı və ucadan dedi:
- Bu it Umeyr ibn Vəhb – Allahın düşmənidir... Allaha and olsun, o şər əməl üçün buraya gəlib! O, Məkkədə bütpərəstləri üstümüzə qaldırırdı və Bədrə qədər onların casusu idi.
Sonra o öz həmsöhbətlərinə müraciət etdi:
- Allahın Elçisinin yanına tələsin və daima onun yanında olun. Diqqətlə izləyin ki, bu xain yaramazın Peyğəmbərə qarşı bir namərdlik etməsini görəsiniz.
Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) yanına hamıdan tez gələrək, Ömər ona dedi: “Ey Allahın Elçisi, Allahın düşməni Umeyr ibn Vəhb qılıncla qurşanaraq buraya gəlmişdir. Mən əminəm ki, onun nə isə bir bədxah niyyəti var”. Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun) buyurdu: “Onu yanıma gətirin!”
Ömər Umeyr ibn Vəhbə yaxınlaşaraq onun yaxasından yapışdı və öz qılıncının qayışını onun boynuna keçirtdi və bu vəziyyətdə onu Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun) yanına gətirdi.
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) Umeyri görən kimi Ömərə əmr etdi ki, onu buraxsın və geriyə çəkilsin. Ömər Umeyri buraxıb geriyə çəkildi.
Umeyr ibn Vəhbə yaxınlaşaraq, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurdu:
- Yaxın gəl, ey Umeyr!
Umeyr yaxınlaşdı və dedi:
- Sabahın xeyir!
Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun) buyurdu:
- “Umeyr, Allah, sənin bizə xeyir diləməyindən daha yaxşısı ilə bizi salam¬layır... O bizə salamlaşmaq üçün “salam” sözünü bəxş etmişdir. Cənnət əhli bu sözlə bir-birini salamlayır”.
Umeyr buna belə cavab verdi:
- Allaha and olsun, sənin salamlaşman bizimkindən çox uzaq getməyib və təzəlikcə meydana çıxıb.
Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun) ondan soruşdu:
- Səni buraya gətirən nədir, Umeyr?
O dedi:
- Mən, sizin əlinizdə olan bir əsiri azadlığa buraxmanızı xahiş etmək üçün gəlmişəm. Mənim üçün bu xeyirxah işi edin.
- Bəs o boynundan asdığın qılınc nədir?
- Allaha belə xoşdur... Məgər Bədr döyüşündə sizdən bizə bir xeyir gəldi?
- Düzünü de, Umeyr! – deyə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) uca səslə buyurdu. – Səni bura gətirən nədir?
- Məhz buna görə buradayam, - deyə Umeyr dilləndi.
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurdu:
- Sən və Safvan ibn Umayə birlikdə Kəbənin yanında oturub öldürülmüş qureyşliləri yad edirdiniz, sonra sən dedin: “Mənim borcum və azyaşlı uşaqlarım olmasaydı, mən gedib Muhəmmədi öldürərdim...” Safvan ibn Umayə sənin borcunu verməyi və uşaqlarının qayğısını çəkməyi öz üzərinə götürdü ki, sən məni öldürəsən... Odur ki, sənin sözlərin həqiqətə uyğun deyil.
Umeyr bir anlığa heyrət içində susdu və sonra bərkdən dedi:
- Şahidlik edirəm ki, doğrudan da sən Allahın Elçisisən! – sonra o sözünə davam etdi:
- Əvvəllər səmavi nəsihətlər və vəhylərlə bizim yanımıza gəldiyin zaman biz elə bilirdik ki, sən yalan danışırsan, ey Allahın Elçisi, Mənim Safvan ibn Umayə ilə söhbətim haqqında məndən və ondan başqa bir canlı belə bilmirdi... Allaha and olsun, mən əmin oldum ki, bu barədə sənə Allahdan başqa heç kim xəbər verə bilməzdi... Allaha həmd olsun ki, məni güclə sənin yanına gətirdi ki, məni hidayət yoluna, Islam yoluna yönəldəsən.
Sonra Umeyr, Allahdan başqa ilah olmadığına və Muhəmmədin – Allahın Elçisi olduğuna şəhadət gətirdi. Beləliklə o Islam dinini qəbul etdi.
Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun) isə öz səhabələrinə belə buyuru:
- Qardaşınızı onun dinində maarifləndirin, Quranı oxumağı öyrədin və onun əsirini də azad edin.
Müsəlmanlar Umeyr ibn Vəhbin Islamı qəbul etməsi haqqında xəbəri böyük sevinclə qarşıladılar, Ömər ibn əl-Xəttab (Allah ondan razı olsun) isə hətta belə dedi:
“Əslində, Umeyr ibn Vəhb Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun) yanına gələn zaman, mənə görə, donuz ondan daha arzuolunan idi. Bu gün isə o mənim üçün bəzi övladlarımdan da doğmadır”.
Umeyr ruhunu Islam elmi ilə təmizləyir, qəlbini Quranın nuru ilə doldurur, həyatının ən yaxşı və gözəl çağlarını qarşılayırdı. Bu onu elə məftun etmişdi ki, ona Məkkəni və məkkəliləri unutdurmuşdu.
Həmin vaxtlarda xoş xəyallarla gəzib-dolanan Səfvan ibn Umayə qureşlilərin izdihamlı yerlərinə baş çəkərək, hamıya belə deyirdi:
- Mən sizə yaxın vaxtlarda çatacaq və sizi Bədr döyüşündəki hətta məğlubiyyəti belə unutduracaq böyük bir xəbər haqqında qabaqcadan bildirirəm!
Lakin gözlmə müddəti uzandıqda Səfvan ibn Umayə hiss etməyə başladı ki, tədricən qəlbinə narahatçılıq dolur. O artıq bir yerdə sakit otura bilmirdi, sanki ayaqlarının altına közərmiş qor tökmüşdülər. Səfvan bütün yola çıxanlardan və süvarilərdən Umeyr ibn Vəhb haqqında soruşmuşdu, heç kim ona onu sakitləşdirən bir cavab vermidi. Axırda səfərdən qayıdanlardan biri Umeyrin Islamı qəbul etdiyini dedi...
Bu yenilik Səfvanı ildırım zərbəsi kimi sarsıtdı, çünki o dərindən əmin idi ki, Umeyr ibn Vəhb hətta bütün dünyanın camaatı müsəlman olsa da Islamı qəbul etməz.
Umeyr bin Vəhb öz dinində maariflənərək və Hökmdarının bəzi kəlamlarını əzbərləyib Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) yanına gəldı və ona dedi:
- Ey Allahın Elçisi, mən uzun müddət inadla Allahın işığını söndürməyə cəhd göstərirdim, Islam dininin tərəfdarlarına böyük zərərlər vururdum. Mən istəyirəm ki, sən mənə icazə verəsən Məkkəyə gedib qureyşliləri Allaha və Onun elçisinə dəvət edim. Onlar mənim dəvətimi qəbul etsələr, bu onlar üçün xeyirli olar, yox əgər rədd etsələr, onda mən keçmişdə Allahın Elçisinin səhabələrinə vurduğum zərəri onların dininə vuracağam.
Məkkədə Umeyr Allaha dəvəti davam etdirdi və bunun nəticəsində adamların çoxu Islamı qəbul etdilər.
Allah Umeyr ibn Vəhbi bolluca mükafatlandırsın və onun qəbrini nurla doldursun.
Tarix: 01.05.2013 / 17:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 541 Bölmə: Peyğəmbərlərin Həyatı