SƏMAMA IBN USAL
Qureyşlılərə qarşı iqtisadi mühasirə qoymuş səhabədir.
Hicrənin altıncı ilində Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun) Allaha dəvət məkanını genişləndirmək qərarına gəldi. O ərəb və əcnəbi ölkələrin hökmdarlarını Islama dəvət etmək üçün səkkiz məktub yazıb onlara göndərdi.
Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) öz məktublarını göndərdikləri arasında Səmama ibn Usal əl-Hənəfi də vardı.
Bunda heç bir qəribəlik yox idi. Çünki cahiliyyə dövründə Səmama ibn Usal əl-Hənəfi adlı-sanlı və nüfuzlu ərəb şeyxlərindən biri idi.
O həm də iri bəni Hənifə qəbiləsinin başçısı idi və Yamamanın hökmdarları sırasına daxildi. Kiminsə ona itaət etməməyə cürəti çatmazdı.
*
Cəmama Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) məktubunu böyük narazılıq və hiddətlə aldı.
Təkəbbür və əzəməti onu günaha batırdı. O, həqiqətə və xeyirə yönəldilmiş dəvəti eşitmədi...
Şeytan onu yəhərləyib Allahın Elçisini (ona Allahın salavatı və salamı olsun) öldürməyə və onunla birgə onun dəvətini də dəfn etməyə təhrik edirdi. O inadkarlıqla Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun) qəflətən tutub məhv etmək imkanları axtarırdı. Ən son dəqiqədə Səmamanın əmilərindən biri onu bu əməlindən çəkindir¬mə¬səydi, az qala belə bir dəhşətli cinayət doğrudan da baş verə¬cəkdi.
Beləliklə, Allah Öz Peyğəmbərini (ona Allahın salavatı və salamı olsun) Səma¬mənin şərindən xilas etdi.
Allahın Elçisini (ona Allahın salavatı və salamı olsun) öldürmək niyyətindən əl çəkərək, Səmama eyni niyyətini onun səhabələrinə qarşı həyata keçirməyi tərk etmədi. O, əlverişli bir an gözləyir və onları güdürdü. Bu ona müyəssər oldu və Səmama Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) bir neçə səhabəsini rəhimsizcəsinə öldürdü. Buna cavab olaraq Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun) onun qanını tökməyə icazə verdi və bu barədə səhabələrinə elan etdi.
Bundan bir qədər sonra Səmama ibn Usal ümrə ziyarəti etmək qərarına gəldi. O, Kəbəni təvaf etmək və onun bütləri üçün qurban kəsmək xəyalları ilə Yamamadan Məkkəyə yola düşdü...
Səmama yolun bir hissəsini qət etmiş və Mədinənin yaxınlığında olanda, başına heç gözləmədiyi bir zaval gəldi.
Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) gecələr bəd niyyətli yad və çağırılmamış adamlardan qorunmaq məqsədilə yaşayış məntəqələri ərazilərində patrul xidməti aparan süvari gözətçi dəstələrindən biri Səmaməni əsir götürdü. O adamı tanımayaraq, gözətçilər onu Mədinəyə gətirdilər və məscidin sütunlarından birinə bağladılar. Onlar Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun) gəlməsini gözləməyi qərara aldılar ki, o özü bu əsiri dindirib yoxlasın və müvafiq əmr versin.
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) məscidə daxil olmaq istəyərkən sütuna bağlanmış Səmamanı gördü və səhabələrindən soruşdu:
“- Siz bilirsiniz ki, kimi əsir götürmüsünüz?”
- Yox, ey Allahın Elçisi! – deyə onlar cavab verdilər.
- Bu Səmama ibn Usal əl-Hənəfidir. Onunla yaxşı davranın, - deyə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) tapşırdı.
Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun) evinə qayıdaraq evdəkilərinə buyurdu:
- Yeməyə nəyiniz varsa, onu Səmama ibn Usala göndərin...
Sonra o öz dişi dəvəsini səhər və axşam sağıb Səmamaya onun südünü içirməyi əmr etdi... Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun) bütün bunları onunla görüşüb danışmamışdan əvvəl etdi.
Səmaməni tədricən Islama alışdırmağı arzulayaraq Peyğəmbər (ona Allahın sala¬vatı və salamı olsun) onun yanına gələndə, nitqini belə başladı:
- Səmamə, de görüm, nəylə gəlmisən?
- Ey Muhəmməd, xeyirlə gəlmişəm, - deyə o dilləndi. – Əgər məni öldürsən, qisas alma adəti ilə öldürəcəksən. Əgər məni bağışlayıb buraxsan, sənə minnətdar olanı bağışlayarsan... Sənə pul lazımdırsa, istə və nə qədər istəsən, o qədər də alarsan.
Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun) onu olduğu vəziyyətdə iki gün saxladı, ona yemək-içmək və həmçinin dişi dəvəsinin südünü verdirdi. Sonra o, ikinci dəfə onun yanına gəlib soruşdu:
- Səmama, nə demək istəyirsən?
- Hər şey keçən dəfə sənə dediyim kimidir, - deyə Səmama cavab verdi. – Əgər məni öldürsən, qisas alma adəti ilə öldürəcəksən. Əgər məni bağışlayıb buraxsan, sənə minnətdar olanı bağışlayarsan... Sənə pul lazımdırsa, istə və nə qədər istəsən, o qədər də alarsan.
Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun) onu yenə də olduğu kimi saxladı və növbəti gün gələrək soruşdu:
“- Səmama, nə demək istəyirsən?”
- Hər şey keçən dəfə sənə dediyim kimidir, - deyə Səmama cavab verdi. – Əgər məni öldürsən, qisas alma adəti ilə öldürəcəksən. Əgər məni bağışlayıb buraxsan, sənə minnətdar olanı bağışlayarsan... Sənə pul lazımdırsa, istə və nə qədər istəsən, o qədər də alarsan.
Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun) səhabələrinə tərəf dönərək buyurdu:
- Səmamanı buraxın!
Onu açıb azad etdilər.
Səmama Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun) məscidini tərk etdi və Mədinənin şəhər kənarındakı əl-Bəqiədən (Mədinə ətrafında sıx bitki örtüyü və ağaclar əkilmş yer sahəsidir. Sonralar qəbristanlığa çevrilmişdir. Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun) əksər səhabələri orada dəfn edilmişlər.)
bir qədər aralı olan palma ağaclarının olduğu yerə yollandı və orada dəvəsini buraxdı. Bulaqdan gələn su ilə o yaxşıca yuyundu və sonra yenə də məscidə tərəf yönəldi.
Məscidə gəlib çatdıqdan sonra, o həmin anda bir dəstə müsəlmanın qarşısında dayanaraq belə dedi:
- Şıhadət verirəm ki, Allahdan başqa ilah yoxdur və şəhadət verirəm ki, Muhəmməd – Onun qulu və Onun Elçisidir.
Sonra o Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun) yanına yollandı və dedi:
- Ey Muhəmməd! Allaha and olsun ki, yer üzündə səndən çox nifrət etdiyim adam yox idi... Amma sən indi mənim üçün ən sevimli və apzuolunan bir adamsan. Allaha and olsun ki, sənin dinindən cox nifrət etdiyim bir din yox idi. Amma indi sənin dinin mənim üçün ən arzuolunandır. Allaha and olsun ki, mənim üçün sənin qaldığın yerdən nifrətamiz bir yer yox idi, amma indi bu yer mənim üçün ən yaxşı yerdir.
Sonra o dedi:
- Mən sənin səhabələrinin qanını axıtmışam. Indi mən nə etməliyəm?
Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun) buyurdu:
- Buna görə sən qınanmayacaqsan, ey Səmama... Həqiqətən, Islamda ona qədər olubsa, nəzərə alınmır...
Daha sonra Peyğəmbər (ona Allahın salavatı və salamı olsun), Islamı qəbul etdiyinə görə Allahın ona verəcəyi mükafat haqqında xəbər verdi. Səmamanın üzünün qırışıqları açıldı və o ruh yüksəkliyi ilə dilləndi:
- Allaha and olsun, mən öldürdüyüm səhabələrindən dəfələrlə artıq bütpərəst məhv edəcəyəm! Mən özümü, qılıncımı və bütün adamlarımı sənə və sənin dininə kömək üçün verirəm!
Sonra o dedi:
- Ey Allahın Elçisi, sənin süvarilərin ümrə ziyarətinə getmək niyyətində olduğum zaman məni əsir götürdü. Necə bilirsən, mən nə edim?
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurdu:
- Yarıda qalmış ziyarətini davam etdir, ancaq bu zaman təkcə Allahın və Onun Elçisinin qanunlarına əməl et.
Sonra Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) ona zəruri olan qaydaları öyrətdi.
Allahın Beytülhəraməna – onun getmək məqsədi olan Kəbəyə çatdıqda, Səmama dayandı və özünün güclü gur səsi ilə ucadan bildirdi:
“Ləbbeykə, Allahummə, ləbbeykə”.
Ləbbeykə, lə şərikə ləkə, ləbbeykə.
Innə l-həmdə və n-nimətə ləkə və l-mulkə.
Lə şərikə ləkə”.
(“Budur Sənin qarşındayam, ey Allah! Budur Sənin qarşındayam!
Budur Sənin qarşındayam və Sənin şərikin yoxdur! Budur Sənin qarşındayam!
Həqiqətən, Sənə həmd olsun, mərhəmət və səltənət Sənə məxsusdur!
Sənin şərikin yoxdur...”)
Bu bizim səyyarəmizdə birinci müsəlman idi ki, Müqəddəs Məkkə torpağına ayaq basaraq təlbiyəni: “budur mən Sənin qarşındayam” ifadəsini səsləndirmişdi. Bu sözlər Həccin şüarı, onun rəmzi və onun əhəmiyyətinin nişanəsi oldu.
Qureyşlilər Allahın dəvətini qəbul etməsini ucadan bəyan edən, Ona boyun əyən və Allahın çağırışına tələsən bir zəvvarın səsini eşidəndə təşvişə düşdülər və aralarında həyəcan başlandı. Qınlarından çıxarılmış qılınclar parıldadı və adamlar Allaha müraciət edən insana tərəf yeridilər ki, onların iqamətgahına girməyə cürət etmiş o şəxsə divan tutsunlar.
Adamlar Səmamaya yaxınlaşanda, o onlara vüqarla nəzər salaraq, daha da bərkdən təlbiyə deməyə başladı. Qureyş cavanlarından biri öz yayından oxla o adamı vurmağa hazırlaşırdı, lakin orada olanlar ona bunu etməyə aşağıdakı sözlərlə mane oldular:
“Vay sənin halına! Sən bilirsən o kimdir?”
“Bu ki, Səmama ibn Usal, Yamamanın hökmdarıdır...”
“Siz ona pislik edib onu öldürsəniz, onda onun xalqı bizi ərzaqla təmin etməyi dayandırar və biz acından qırılarıq”.
Qılınclarını qınına qoyan adamlar Səmamaya yaxınlaşıb ondan soruşdular:
“Sənən nə olub, ey Səmama, sən öz dinini – ata-babalarının dinini tərk edib uşaqlığa qapılmısan?!”
O belə cavab verdi:
“Mən uşaqlığa qapılmamışam, ən yaxşı dini qəbul etmişəm... Mən Muhəmmədin dininin tərəfdarı oldum”.
Sonra o sözünə belə davam etdi:
“Bu Evin Sahibinə and olsun, mən Yamamaya qayıdandan sonra, siz hamınız bir nəfər kimi Muhəmmədin ardıcılları olmasanız, oradan bir buğda dənəsi belə və ya oranın nemətlərindən hər hansı başqa bir şey ala bilməyəcəksiniz...”
Qureyşlilərin gözü qarşısında Səmama ibn Usal ziyarət mərasimini, Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun) ona əmr etdiyi kimi, dəqiqliklə icra etdi.
O, daşlar və bütlər üçün deyil, Allah üçün qurbanlıq heyvan kəsdi və sonra öz ölkəsinə geri döndü. Orada o öz xalqına qureyşlilərə ərzaq göndərməyi dayandırmağı əmr etdi. Adamlar itaətkarlıqla onun əmrini yerinə yetirdilər və Yamamanın nemətlərinin Məkkə əhalisinə çatdırılmasına son qoyuldu.
Səmamanın qureyşliləri mühasirəyə alınması tədricən sərtləşirdi. Qiymətlər qalxmağa, insanlar isə aclığa və və ümidsizliyə qapılmağa başladılar. Çoxları aclıqdan öləcəklərindən ciddi şəkildə ehtiyat edirdilər.
Belə bir şəraitdə onlar Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) müraciət məktubu gondərdilər. Məktubda yazırdılar:
“Biz sənə çox ümid bəsləyirik, sən öz qohumlarına mərhəmət göstərib bu ağır şəraitdə vəziyyətimizi görüb kömək edərsən...
Lakin sən bizimlə hər cür əlaqəni kəsmisən, ataları qılıncla öldürmüsən, uşaqları isə acından qırmısan.
Səmama ibn Usal bizə ərzaq vermir, bununla da ağır zərbə endirmişdir. Ona ən zəruri olanları göndərilməsini davam etdirməsi haqqında məktub yazmağı mümkün saysan, bunu et”.
Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun) Səmamaya yazdı ki, o, ərzağın göndərilməsini bərpa etsin. Səmama bu göstərişi yerinə yetirdi.
Bütün həyatı boyu Səmama ibn Usal Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) sədaqətini saxlayaraq dininə sadiq qaldı. Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun) Uca Rəbbinə qobuşduqda, ərəblər isə qruplarla və tək-tək Allahın dinindən imtina edəndə və bəni Hənifə qəbiləsindən olan yalançı “peyğəmbər” Museylimə onları özünə inandırmaq üçün dəvət edəndə, Səmama onun yolunu kəsdi. O öz xalqına aşağıdakı sözlərlə müraciət etdi:
- Ey bəni Hənifə adamları, bu şübhəli işdən çəkinin, çünki bunda heç bir işıq ucu görünmür... Allaha and olsun, Uca və Qüdrətli Allah yalançı peyğəmbərin ardıyca gedənlərə böyük bəla, onun ardıyca getməyənlərə isə sınaq nəsib edər.
O həmçinin dedi:
- Ey bəni Hənifə adamları, Eyni vaxtda iki Peyğəmbər ola bilməz. Həqiqətən, Mühəmməd – Allahın Elçisidir, ondan sonra peyğəmbər yoxdur. Onunla birlikdə də peyğəmbər yoxdur.
.
Sonra o ifadə ilə oxudu:
“Ha, Mim! (Əlhəmduliləh, Rabbil Aləmin). Kitabın (Quranın) nazil edilməsi yenilməz qüvvət sahibi olan, (hər şeyi) bilən Allahdandır- Günahları bağışlayan, tövbələri qəbul edən, cəzası şiddətli, kərəmi böyük olan (Allahdandır)! Ondan başqa heç bir tanrı yoxdur. Axır dönüş də Onadır! (Mömin, 40/1-3).
Səmama sonra dedi:
- Məgər Museylimənin dedikləri Allahın sözləri ola bilərmi:
“Ey pak qurbağa, içkini korlamırsan, suyu da bulandırmırsan”.
Öz xalqından olan və Islama sadiq qalanlarla birləşərək Səmama Allah naminə dini tərk edənlərə qarşı müqəddəs müharibəyə və Onun sözlərini bütün yer kürəsində ucaltmağa başladı.
Qoy Uca Allah Səmamə ibn Usalı Islama və müsəlmanlara sadiq qaldığına görə öz kəraməti ilə və möminlərə vəd etdiyi Cənnət kölgəlikləri ilə mükafatlandırsın!
Tarix: 01.05.2013 / 17:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 687 Bölmə: Peyğəmbərlərin Həyatı