Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uzuxlar

Qavaxlar Uzuxlar oluflar. Çox hündür iymişlər. Hər biri bir çinar kimi. Ona görə də indinin özündə də bir uca boylu adam görəndə deyərlər ki, uzuxdu. El arasında timsaldı də. Uzuxlar bizim əjdadlarımız oluflar. Özü də çox yaşarmışlar, yüz il, iki yüz il, üç yüz il.** Belə eşitmişəm ki, günnərin bir günündə uzuxlardan biri meşəyə odun qırmağa gedifmiş. Orada gözünə qəribə bir şey dəyir. Bapbalaca. Oyucuna alıf evə gətirir. Bütün uzuxlar onun başına toflaşırlar. Başlayırlar bu əcayib şeyə baxmağa. Birdən onnarın bir ağsaqqalı qavağa gəlif deyir:

– Bu əcayif şey deyil, insandı. Vaxt gələjək, bunnar yer üzünü götürəjəy, bizi əvəz edəjəylər.

İnsanı tutuf gətirən uzux bərkdən gülür. Deyir:

– Bu özü nə şeydi ki, bizi də əvəz edə bilsin. Boyu heş mənim bir qarışım qədər də döyül. Elə oycumu yumsam, əlimdəcə canı çıxar.

Qoja uzux deyir:

– Yox, elə döyül. Bunnar bizdən çox-çox ağıllıdırlar. Özü də vaxt gələjəy, bizi əvəz edəjəylər.

İnsanı gətirən uzux deyir:

– Yaxşı, indi ki belə oldu, mən onu imtahan edərəm. Əgər sözümü yerinə yetirsə, inanaram, özünü də buraxaram gedər. Yox əgər yerinə yetirməsə, onda cüj-müjdür. Ovcumu yumaram, əzilib ölər.

Qoja uzux deyir:

– Yaxşı, onu necə imtahan etmək istəyirsən?

İnsanı gətirən uzux deyir:

– Özüm bilərəm, indi görərsən.

Uzuxun bir atı varmış, dam boyda. Elə hündürüymüş ki, adam baxanda papağı düşərmiş. Oğuz töyləyə gedif atı çəkə-çəkə gətirir insanın yanına. Sora da bir tovbaya bir az arpa töküf deyir:

– Ey insan, bax bu torvada arpa var, keçir atın başına qoy yesin.

İnsanın boyu atamı çata bilərdi. Heç ayağının yarısı boyda da deyildi. Amma o, torvanı baş tərəfindən başlayıb arpaya çatınca qatdıyır. Sonra da torvadakı arpanı ata göstərib yırğalayır, başlayır muşqurmağa. At səs eşidib aşağı baxır. Arpanı görən kimi başını torvaya salıb arpanı yeməyə girişir. İnsan tez torbanı atın başına keçirir.

Bunu belə görən Uzux əlini əlinə vurub bərkdən gülür. Deyir:

– Bir buna bax, bunun boyuna bax, gör torbanı atın boynuna necə keçirdi. Bir qarış boyu ilə torvanı dam boyda atın başına keçirdisə, deməli, bizi də əvəz eliyəcəh.

Doğrudan da vaxt keçdi, vədə gəldi, insannar bütün dünyaya yayıldılar. Uzuxlardan yalnız üç-dörd metrəlik qəvirlər qalıb.


Tarix: 21.04.2013 / 19:20 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 275 Bölmə: Nağıllar
loading...