Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

NağıllarCarçıboğan

Belə danışırlar ki, Topal Teymurun oğlu Miranşah Əlincə qalasına hücum edəndə ətrafdakı kətdərə də olmasın zülm edir, onlardan ağlasığmaz xəraclar istəyir. O, öz carçılarını kətdərə göndərib car çəkdirir ki, əlincəlilərlə dilbir-əlbir olan adamlara divan tutacaq. Carçılar dəvəyə minib kətdərə, obalara gedir, car çəkməyə başlayırlar.

Bir gün də bı carçılardan biri Muğan kəndinə gedir. Camaata hədə-qorxu gələ-gələ car çəkir:

– Əlincəlilərə kömək edən dünya üzünə həsrət qalacaq.

– Əlincəlilərə kömək edən çaya atılacaq.

– Əlincəlilərə kömək edənlərin kəndi viran qalacaq...

Carçının bı hay-küyünü eşidən kənd camaatı qəzəblənib Miranşaha söyüşlər yağdırıb carçıları dəvənin üstündən yerə salıb boğur. Sonra da ölüsünü dəvəyə sarıyıb Miranşaha göndərirlər. Bı hərəkət Miranşaha çox Ardı »

NağıllarMərdnən namərdin nağılı

Bir vardı, bir yoxdu, Allahdan başqa heç kim yoxdu. Günlərin bir günündə iki yoldaş olur. Birinin adı Mərd, o birinin adı Namərd. Mərdnən Namərd yoldaş olub çıxdılar səfərə. Mərd hər yerə çatırdı süfrəsin açırdı, Namərdə deyirdi:

– Buyur, çörək ye!

Namərd də Mərdnən bir yerdə çörəgini yeyirdi. Bir iki rəs Mərd buna çörək yiməgi təklif etdi. Namərd bunun çörəginən yedi, ta o çağacan, Mərdin çörəgi qurtardı. Mərd oldu Namərdə möhtac. Bir az bular yol getdilər. Mərd və Namərd bir ağacın dibində oturdular. Namərd süfrəsin açdı. Mərd yaman açmışdı, dedi Namərdə ki, bir az çörəginnən ver mənə, yaman acmışam.

Namərd dedi:

– Sol gözüvü ver, çıxardım Ardı »

NağıllarZərnigar (nağıl)

Biri var, biri yoxmuş. Səmərqənddə bir paçcah varmış. Onun adına Şəmil deyərdilər. Sonu, züryəti bircə qızı vardı. Bının adı Zərnigardı. Bı bir molla tutmuşdu ki, bir ayrı otaxda bı qıza dərs deyə. Bı molla həmişə qabaxca bı qıza gəlib dərs deyirdi. Sora gedib başqa uşaqlara dərs deyirdi.

Bir gün oturub ərri-arvatdı xörək yeyirdilər. Bı arvad ərinə dedi ki:

– Əşi bizim də bir soymuz yoxdu, gəl gedək Məkkəyə ziyarət eliyək. Bir adımızı iki eliyək.

Bı Şəmil arvadının sözün qəbul elədi. Dedi:

– Nolar, yaxşı olar.

Səmil vəziri çağırdı. Dedi:

– Vəzir, mənim pərdeyi-ismətdə bir qızım var. Onun saa bir ehtiyacdığı yoxdu, yeməyi yanında, içməyi yanında. Otur yerimdə Ardı »

NağıllarAğıllı qoca

Biri var imiş, biri yox imiş, uzaq keçmişlərdə qəddar bir padşah var imiş. Bu şahın qoyduğu qanuna görə övladlar əldən düşmüş qoca ata-analarını səbətə qoyub dallarına alar, aparıb əlçatmaz, sıldırım bir qayaya qoyarlarmış. Qayanın hansı səmtinə baxsaydın qalaq-qalaq insan sümüyü görərdin. Bu açıq qəbiristanlığın yüksək qayalıqları insan ətinə dadanmış quşların məskəni idi. Bütün quşlar zirvədə dayanıb yeni gətiriləcək insanı acgözlüklə gözləyirdilər. Səbətdə qoca gətirən insanın başının üstündə dövrə vurar, tük ürpədən heybətli səs çıxarardılar. Adam diri qocanı yerə qoyub aralanan kimi qaraquşlar, quzğunlar həmin qocanı didik-didik edib yeyər, quruca sümüklərini saxlayardılar. Qoca adamları bu cür dəfn etmək adətə çevrilmişdi. Qəddar şahın Ardı »

NağıllarFərasətsiz oğul (nağıl)

Biri varımış, biri yox imiş. Bir tacir var imiş. Bunun gözünün ağıqarası bir oğlu var imiş. Bu oğlanı çox istərmiş. Bu tacirin dünya malı dövlətindən başqa üç qəribə şeyi də var imiş. Bunlardan biri papaqdan, biri zurnadan, o biri torbadan ibarət imiş. Hər kəs papağı başına qoysa idi, kimsə onu görəməzdi. Hər kəs zurnanı çalsa idi, camahat hüzuruna cəm olub ona itaət edərdi, torbanı yerə qoysa idi, orası qızıl olardı. Bu tacir öləndə vəsiyyət edir ki, onın oğlına heç sənət öyrətməsinlər, çünki onsız da o qədər dövlət-mal qoymuş ki, oğlan ölənə kimi yesə təmam olmaz.

Atası ölənnən sonra oğlan eyş-işrətə qalır. Həmən Ardı »

NağıllarXoşqədəm (nağıl)

Biri varımış, biri yoxmuş, Allahdan başqa heç kim yoxdu. Bir qoca kişi vardı, bunun da bir arvadı vardı. Günnərin bir günü bı arvad dedi:

– Əşi, gəl sən get Məkkiyə, Xorasana ziyarat elə, bu ömrüyün axır çağında.

Kişi buna razı oldu. Dedi:

– Arvad, onda sən dur, birəz yol ehtiyatı gör.

Arvad durdu cücədən-zaddan bişirdi, xəmir qatıp fətir bişirdi. Qabladı xurcuna. Gecə yatdılar. Bı arvad da boyluydu. Səhər kişi durdu, arvadın durğuzdu. Dedi:

– Arvad, mən gedirəm. Oğlum olar, saxlarsan, əyər qızım olarsa, başın kəsip, qanın doldurarsan şüşüyə, saxlarsan mən gələnə.

Arvad dedi:

– Yaxşı.

Bu kişi düşdü yola. Bəli, vaxt oldu ki, bu arvad barı-həmlin yerə qoydu. Gəldi Ardı »

NağıllarDad Xanpərinin əlindən (nağıl)

Bir kişi vardı. Bunun da bir arvadı vardı, adına Xanpəri deyərdilər. Bu kişi yarımmolla bir adamdı. Buna da molla deyərdilər. Bir gün Xəmpərinin getmişdi hamama. İrəmdərin arvadı bunu döyüp qavmışdı, qoymamışdı yuyuna. Gəldi axşam dedi:

– Əşi, irəmdərriyi öygəndin öygəndin, örgənmədin, səndə oturmayacağam.

Kişi dedi:

– Ay arvad, Allaha bax, tarıya bax. Mən bunnan belə irəmdərrik örgənə billəmmi?

Arvad dedi:

– Xeyr, nə deyirəm, o olacax.

Kişi nə qədər yalvardı, olmadı. Arvad dedi:

– Qırxdı, biri əsgik deyil.

Kişinin əlacı kəsildi, durdu getdi bir irəmdərrik paltarı aldı, gətirdi. Geyindi, çıxdı bazara. Hər kəs soruşurdu, deyirdi ki, irəmdərəm. Bu dəmdə paçcahın xəznəsin yardılar. Bu xəznəni yaran da qırx lotuydu. Gəldilər Ardı »

NağıllarQurbağalar və hacıleylək

Keçmiş zamanlarda Qurbağalar bir-birləri ilə yola getmirdilər. Bu cür yaşamaq onları təngə gətirmişdi. Bir gün Sular anasının yanına gedib özləri üçün Padşah istədilər. Sular anası Qurbağaların xahişini yerinə yetirdi. Suya böyük bir kötük atdı.

- Bu da sizin padşahınız.

Kötük suda hey yırğalandı.

Qurbağalar burunlarını sudan çıxarmırdılar. Elə ki, kötük yırğalanmırdı, Qurbağalar gəlirdilər. Yuvalarından çıxıb kötüyə tamaşa edirdilər.

Qurbağaların belə Padşaha gülməkləri tutdu. Onlar bir-biri ilə yenə çəkişməyə, dalaşmağa başladı.

Bir müddət keçdi. Qurbağalar yenə Sular anasının yanına gedib özləri üçün Padşah istədilər. Xahiş etdilər ki, onlara qəzəbli Padşah təyin etsin. Sular anası Hacıleyləyi Padşah təyin etdi. Hacıleyləyə tapşırdı ki, kim sözündən çıxsa, onu udsun. Qurbağaların Ardı »