Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

On iki il

Qabaxlar insannar bilmirlərmiş ki, illəri necə adlandırsınnar. Navrız bayramında bilicilər yığışıp çıxıllar gəzişə. Deyillər ki, qabağımıza hansı heyvan çıxsa, o heyvanın adını verəciyih bir ilə.

Bılların qabağına on iki adda heyvan çıxır. O heyvandarın addarı ilə on iki ilə ad verillər. Özü də il hansı heyvanın üstündə təhvil olsa, insannar o heyvanın xəsiyyətində olullar.

Birincisi, donquzunan tuşdaşmışdılar. Donquz ilində insannar salamat olallar.

İkincisi, siçan ilidi. İnsannar siçan kimi olallar, hər şeyi gəmirip dağıdallar.

Üçüncüsü, öküz ilidi. İnsannar işlək olallar.

Dördüncüsü, pələh ilidi. İnsannar pələh kimin yırtıcı olallar.

Beşincisi, dovşan ilidi. İnsannar dovşan kimin qorxaq olallar.

Altıncısı, balıx ilidi. İnsannar suda çox hərəkət eləllər bı ildə.

Yeddincisi, ilan ilidi. Bı ildə də insannar bir-birinin zəhərrər.

Səkkizincisi, at ilidi ki, bu ildə insanlar dözümlü olullar.

Doqquzuncusu, qoyun ilidi, bında insannar həlim, mehriban olallar.

Onuncusu, meymun ilidi. Bında insannar meymun kimin oyunbaz olallar.

On birincisi, quş ilidi. İnsannar bı ildə havada uçallar.

On ikincisi, it ilidi ki, bında da insannar it kimin boğuşallar, maharəbə-zad olar.


Tarix: 21.04.2013 / 19:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 164 Bölmə: Nağıllar
loading...