Sumqayıtda bacısı ilə cinsi əlaqədə olmaqda ittiham edilən şəhər sakini, 16 yaşlı R.M.-in cinayət işi üzrə yeni məlumatlar ortaya çıxıb. Bu barədə Publika.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
R.M. Cinayət Məcəlləsinin 149.3.3-cü (zorlama, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin insan immun çatışmazlığı virusu ilə yoluxmasına və ya digər ağır nəticələrə səbəb olmaq) maddəsi ilə ittiham edilir.
Məlumata görə, bir ay əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə R.M.-in cinayət işi yenidən araşdırlması üçün aidiyyatı üzrə istintaqa qaytarılıb. Yeni istintaq müddətində R.M. barəsində seçilmiş həbs-qəti imkan tədbiri dəyişdirilib. R.M.-in başqa yerə getməməsi barədə qəti imkan tədbiri seçilib və o, azadlığa buraxılıb.
İttihama görə, R.M. bir neçə il əvvəl 15 yaşlı bacısı ilə cinsi əlaqədə olub. Bir neçə il keçəndən sonra R.M.-də bacısı ilə yenə də cinsi əlaqədə olmaq istəyi yaranıb. Günlərin birində evə gələn qardaş bacısının tək olduğunu görüb və onunla cinsi əlaqədə olmağı təklif edib. Lakin qız qardaşı ilə cinsi əlaqədə olmaqdan imtina edib.
R.M. bacısı ilə cinsi əlaqədə olandan sonra, bu barədə heç kimə deməməsi ilə bağlı ona xəbərdarlıq edib. Qızın bu barədə danışacağı təqdirdə, onu öldürəcəyini söyləyərək hədə-qorxu da gəlib. Beləliklə, qardaşından qorxan qız bu barədə heç kimə bir söz deməyib.
Bacısının bu barədə danışmamasından istifadə edən R.M. bundan istifadə edib. Və bacısı ilə bir neçə dəfə də cinsi əlaqədə olub. Amma bu ilin əvvəllərində R.M.-in bacısı ilə cinsi əlaqədə olmasının üstü açılıb.
Belə ki, azyaşlı qız qardaşından hamilə qalıb. Bundan isə, qızın valideynləri xəbər tutub. Hətta bu zaman qardaş "qeyrət"ə gəlib və bacısını döyüb ki, kimdən hamilə qalıb. 7 aylıq hamilə olan qızı həkimə aparıblar. Azyaşlı qızın hamilə qalması barədə həkimlər Sumqayıt şəhər Polis İdarəsinə məlumat veriblər.
Polis idarəsinin təhqiqat qrupu bu məlumat əsasında xəstəxanaya gəlib. Azyaşlı qızla aparılan təhqiqat araşdırması zamanı, qız qardaşı tərəfindən başına gətirilən oyunları açıqlayıb. Qızın ilkin ifadəsi əsasında, R.M. həbs edilib.
Istintaq araşdırmaları zamanı müəyyən edilib ki, R.M. özündən bir yaş balaca olan bacısı ilə uşaq vaxtından eyni otaqda, eyni yataqda yatıblar. Valideynləri qardaş və bacının eyni yataqda yatmasında bir qəbahət görməyiblər. Azyaşlı vaxtından bacısı ilə eyni yataqda yatan R.M. yeniyetmə yaşına çatanda bacısına gözü düşüb və onunla cinsi əlaqədə olmaq qərarına gəlib. Günlərin birində R.M. gecə vaxtı bacısı ilə yataqda olan zaman cinsi əlaqədə olub. Bundan sonra R.M. bacısı ilə bir müddət cinsi əlaqədə olmayıb.
Bu olayla bağlı Cinayət Məcəlləsinin 149.3.3-cü (zorlama, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin insan immunçatışmazlığı virusu ilə yoluxmasına və ya digər ağır nəticələrə səbəb olmaq) maddəsi ilə cinayət işi başlanıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində qapalı keçirilən məhkəmə iclasında ifadə verən R.M. elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, deyib ki, ona qarşı irəli sürülən ittiham həqiqətə uyğun deyil. Təqsirləndirilən şəxs bacısını zorlamadığını deyib.
Lakin ibtidai istintaq zamanı R.M. ifadəsində bacısını zorladığını qeyd edib. O, bacısını zorlaması barədə ibtidai istintaq zamanı verdiyi ifadəsində hadisənin təfərrüatlarını geniş danışıb.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə R.M.-in ifadəsinin yenidən yoxlanılması məqsədilə, cinayət işini təkrar araşdırılması üçün adiyyatı üzrə istintaqa qaytarılıb. Məhkəmə qərarına görə, təqsirləndirilən şəxsin hüquqları pozulub və buna görə də, cinayət işinin yenidən istintaqa qaytarılması üçün əsas görülüb.
Bu xəbəri sizə təqdim etməkdə məqsəd bu mövzunu müzakirə etməkdir. Bacı-qardaşı bir otaqda yatızdırmaq doğrudanmı qorxuludur
Tarix: 30.11.2012 / 11:31 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 889 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri