Yəqin ki, çoxunuz kifayət qədər qida qəbul etmiş olduğunuz halda yeni xörəyin qoxusu sizi valeh edir və siz onun da dadına baxmaq fikrinə düşürsünüz. Təxminən bu hadisə ilə qarşılaşmış doktor Xirş artıq nahar etmiş olsa da, mətbəxdən gələn qızardılmış toyuğun iyi onu məftun etmiş və yenidən yeməyə sövq etmişdi. Bu zaman onun ağlına belə bir fikir gəlir: «Əgər iştahı artıran qoxular varsa, deməli, onu azaldan qoxular da olmalıdır». Alim 3 il bu qoxuları axtarmış və könüllülərdə sınaqdan keçirmişdir. Nəticədə o, 15 müxtəlif qoxu öyrənmiş və onlar arasında daha çox populyar, tez-tez təsadüf olunanları seçmişdir. Bunlar – alma, banan, nanə, lavanda qoxularıdır. Onların təsir mexanizmi asandır: ilk aclıq hissi zamanı bu 15 iydən birini iyləmək lazım gəlir – 1 neçə dəqiqədən sonra isə iştah itir.
Artıq qidalanmanın səbəblərindən biri də budur ki, insanlar yedikləri yeməyin qoxusundan kifayət qədər ləzzət almırlar. Doğrudur, təkcə qoxu ilə aclığı aradan qaldırmaq mümkün deyil. Lakin iydən daha tez doyub, artıq yemək istəmirsən, deməli, çəkin artmır.
Arıqlamaq üçün aromatik yağları, tez hopan və uzun müddət saxlanılan qoxuları iyləmək məsləhətdir. Bundan əlavə, aromatik şamların yandırılması bu işdə kömək edə bilər. Onlar həm də masaya xüsusi gözəllik verir. Mətbəxdə pəncərə qırağında nanə saxlamaq da iştahı azaltmağa kömək edir.
Nəhayət, alma və banan qoxuları iştahı azaldır.
Şirniyyat bişirilməsi üçün istifadə olunan vanil qoxusu da iştahı azaldır. Təsadüfi deyil ki, qənnadı fabriklərində işləyənlər nəinki şirniyyatı xoşlamırlar, hətta az yemək yeyirlər. Ona görə də yemək yeməmişdən əvvəl üzərinə vanil hopdurulmuş kağız parçasını iyləməklə iştahı azaltmaq və yeməkdən çəkinmək mümkündür.
Tarix: 26.11.2012 / 19:46 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 994 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri