Xanımlar, bu mövzuda sizə verəcəyim növbəti məsləhətləri qaçırmayın! Mətbəxdə lazımsız yerə vaxt itirmək istəməyənlər diqqətli olsun!
Portağal sıxarkən
Portağalın suyunun yaxşı çıxması üçün onu bir müddət soyuq suda saxlayın.
Soğan soyarkən
Gözlərinizin yaşarmaması üçün soğanı su dolu qabın içində soyun.
Yağ sıçramasın
Qızartma zamanı yağın sıçramasının qarşısını almaq üçün qabın içinə bir çimdik duz atmaq lazımdır. Qurudulmuş limon qabığı ilə yağlı qabları silsəniz, onlar tərtəmiz olacaqdır.
Qarğıdalı bişirərkən
Qarğıdalının daha ləzzətli olması üçün qazana 1 çay qaşığı şəkər tozu atın. Qarğıdalının qabıqlarını da yuyub sala bilərsiniz.
Bayat çörək
Çörəyi kub şəklində doğrayıb qızartdıqdan sonra şorbalarda istifadə etmək üçün bir qaba qoyub soyuducuya yerləşdirin. Bundan başqa, qızardılmış çörəyi qəhvəüyüdəndən keçirib suxarı kimi istifadə edə bilərsiniz. Bayat çörəyi yumşaq etmək üçün üzərinə su səpib folqaya bükün, 5-10 dəqiqə sobaya qoyun. Və ya qaynayan suyun üzərinə aşsüzən qoyub bir dəsmalla bükün və buğa verin.
Badımcan bişirərkən
Bişməmişdən əvvəl badımcanı duzlayın və bir müddət saxlayın. Daha sonra soyuq südə salıb qurulayın. badımcanlar daha ləzzətli olacaq.
Tarix: 03.12.2012 / 20:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 380 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri