İllərdir pəhriz saxlayır,ancaq heç cür istədiyiniz çəkidə ola bilmirsiniz. Arıqlasanız belə qısa bir müddət sonra yenidən çəkinizdə artım müşahidə olunur.Bu vəziyyətə görə bir çox çarə yolları düşündünüz,ancaq nəticə yenə də istədiyiniz kimi olmur. Görəsən gözünüzdən qaçan bəzi nüanslar ola bilərmi ? Bəs bu hansı nüanslardır?Gündəlik yemək rejiminizi ertələyirsiniz
Nizamsız qidalanmanın nə qədər səhv olduğunu bilsəniz belə gərgin iş həyatınız və ya evdəki təlaşdan ertələdiyiniz yeməklər olur. Bunları kompensasiya etmək üçün etdiyiniz nizamsız qidalanmalar arıqlamağınıza hətta bəzi insanlarda da kökəlməyə səbəb olur. Əgər zaman tapa bilmədiyiniz üçün yemək payınızı ertələyirsinizsə, hər iki saatda bir az qidalanmağı seçin. Əhəmiyyətli olan bərabər ardıcıllıqla qidalanmaqdır.Sürətli yeyirsiniz
Yemək yeməyə başladığınız zaman ilə bitməsi arasındakı zaman 10-12 dəqiqəni keçmirmi ? Bir qaşıq dolusu makaronu ağızınıza atır və 3-4 dəfə çeynəyib udursunuzmu ?Bütün bunlar yemək sonrasında ani bir şişlik hiss etmənizə səbəb olduğu kimi qısa bir müddət sonra təkrar acmanıza səbəb olur.Televiziya qarşısında yeyirsiniz
Yemək yeyərkən bir şey izləmək və ya kompüter istifadə etmək nə qədər yediyinizi fərq etməmənizə səbəb olur. O sırada maraq əlaqəniz tamamilə başqa bir şeydə olduğundan yediklərinizin miqdarını kökəldiyiniz zaman tərəzidə görmüş olarsınız.
Əlavələri sous və digər ədvaları nəzərə almırsınız
Çöldə yemək yediyinizdə sifariş verərkən əlavə sous, əlavə ət kimi qidalar istədiyinizdə avtomatik olaraq yediyiniz qidanı artıq çəki almaq üçün ideal şəraitə gətirirsiniz . Halbuki ağlınızda "Mən çöldə yalnız salat yeyəcəm" fikri olmalıdır. Ancaq yediyiniz salatın üzərində sous ola bilər.(sirkə,limon suyu,nar şərab)Böyük Boşqablar İstifadə edirsiniz
Qablarınızın böyüklüklərinə nəzər yetirmisinizmi heç ? Yeməklərinizi nahar qablarında yeməyə diqqət edin, dəyişikliyi özünüz hiss edəcəksiniz . Bu sayədə mədənizdəki şişkinlik də azalacaq.Davamlı olaraq fiziki hərəkətlər etməyin düzgün qanuna uyğunluqları.
Səhər qalxdığınızda, günorta yeməyindən sonra, axşam yatmadan əvvəl və ağlınıza gəldikcə müxtəlif fiziki hərəkətlər etmək heç də sizin sağlamlığınıza xeyir verməyəcək. Gündə həqiqətən neçə dəfə fiziki hərəkət edirsiniz heç saydınızmı ? Tez-tez fiziki hərəkət etmək və ya tərəzilərdə qramları belə hesablamağa başlayıb, arıqlamaq cəhdləriniz sizə psixi pozğunluq hissi yaşadacaq.Belə ki həyatınızın hər anını kalori və ya qram hesablamaqla keçmoş olacaq Özünüzə həftənin bir gününü təyin edin və yalnız o gün bütün fiziki hərəkətlərinizi edin və tərəzidən istifadə edin.
Tarix: 28.11.2012 / 20:05 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 557 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri