Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yaınız xanımlar üçün

Kişilərin çoxu qadınların gözlərinə fikir verir. Yəqin, elə ona görə də xanımlar gözlərinin daha gözəl görünməsinə çalışırlar. Bunu reallaşdırmaq isə həmişə mümkün olmur.
Dəriyə yanlış qulluq, yuxusuzluq göz ətrafında kölgələrin yaranmasına gətirib çıxarır. Gözün ətrafında olan dəri çox incə və həssas olduğu üçün xüsusi qayğı tələb edir.
Sözügedən kölgələrlə mübarizəyə başlamazdan öncə, ilk növbədə onun yaranma səbəbini araşdıraq. Bu səbəblər isə aşağıdakılardır:
~ Daxili xəstəliklər
~ Zərif dəri
~ Havada və qidada olan allergik təsirlər
~ Dərinin quruması
~ Yuxusuzluq
~ Günəş təsiri
~ Kompüter arxasında çox oturma
~ Siqaret çəkmə və alkoqol qəbul etmə
Bəzən isə əsəb sistemindəki gərginliyin də təsiri olur.
Qışda göz ərtafındakı dəri bəzən mavi çalar alır. Bunun səbəbini axtaranlara məsləhətimiz var. Narahat olmağa dəyməz. Soyuğun təsirindən göz altındakı yağ öz təsirini itirməyə başlayır, nəticə isə artıq aydındır.
Buna çarə bulmağın asan yolu var. Sadəcə gecə yatmazdan 30 dəqiqə əvvəl həmin hissələrə nəmləndirici krem çəkin. Amma unutmayın ki, kremdən çox istifadə göz ətrafında şişlərin yaranmasına səbəb ola bilər. Ona görə kremdən də miqdarında istifadə etmək məsləhətdir.
calisaq emel edek mence pesman olmazsiniz


Tarix: 22.12.2012 / 16:02 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 331 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...