Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sürtmələr və onların dəriyə təsiri

Dəri qabıq verdikdə və eləcə də onun elastikliyini artırmaq lazım gəldikdə həftədə bir dəfə vanna qəbul eləməmişdən əvvəl bədənə xörək duzu sürtmək olar.

Bunu belə etmək lazımdır: balaca bir boşqaba 200 q xörək duzu tökür, azca isladıb bədənə sürtürlər. Duzu ayaqlara sürtməkdən başlayırlar. Sonra «duzlu» halda vannaya girib yuyunurlar (əvvəlcə duş altında duzu üstünüzdən yuya bilərsiniz).

Quru dəriyə duz sürtməmişdən əvvəl ona azca zeytun yağı çəkmək, yaxalandıqdan sonra isə bədəni sirkə vurulmuş odekolon, limon şirəsi qatılmış su, ya da üzüm sirkəsi qatılmış su (1 l suya 1 xörək qaşığı sirkə) ilə silmək lazımdır. Ancaq bundan sonra dərini yumşaltmaq məqsədilə süd, qaymaq, kremini, ya da quru dəriyə qulluq üçün nəzərdə tutulmuş daha başqa bir şey çəkmək olar.

Qan dövranının yaxşılaşması və dərinin elastikliyinin artması üçün bədəni 1 xörək qaşığı duz, 1 xörək qaşığı üzüm sirkəsi, ya da limon şirəsi və 1 xörək qaşığı qliserin tökülmüş soyuq suda isladılmış kisə ilə silmək kömək edir. Soyuq suyu götürməyən qadınlar səhər yuyunduqdan sonra bədənlərini tiftikli parçadan tikilmiş kisə ilə silə bilərlər.
Çoxlarına elə gəlir ki, hər gün vanna qəbul etmək təmizlik üçün kifayətdir. Lakin hamam vannadan fərqli olaraq orqanizmə tamamilə başqa cür, yəni yüksək oyandırıcı təsir göstərir, qan dövranını və maddələr mübadiləsini yüksəldir, sekresiya funksiyalarının yaxşılaşmasına şərait yaradır. Məhz buna görə arıqlamaq məqsədilə hamamdan istifadə edirlər.
əkər başqa bir göstəriş yoxdursa, hamama həftədə bir dəfə getmək kifayətdir. Evdə vanna qəbul edirsinizsə, hamama iki həftədə, ya da ayda bir dəfə də getmək olar.

İlk dəfə hamama gedənlər həkimlə məsləhətləşməlidirlər. Bəzi xəstəlikləri, məsələn, qan dövranı pozğunluğu, ya da damar çatışmazlığı,

ürək xəstəliyi, hipertoniya, kəskin infeksion xəstəliklər, müxtəlif şişlər, kəskin iltihabi xəstəliklər, iltihabi dəri xəstəlikləri, vərəm, dəri-zöhrəvi xəstəliklər və s. kimi xəstəlikləri olanlara hamama getmək məsləhət görülmür. Bəzi xəstəliklərdə isə məsələn, maddələr mübadiləsinin pozulmasında, köklükdə, miqrenlərdə, işias və nevralkiyalarda hamam çox yaxşı təsir göstərir. Hərəsinin müəyyən xüsusiyyəti olan bir neçə növ hamam vardır.

Nəm buxarı olan rus hamamlarının təsiri bədəni 40—45°S-yə qədər qızdırmaqdan ibarətdir. Bu vaxt bədənə bərk isti gəlir, hava isə nəm olduğundan tər ifrazı çətinləşir. Dəriyə qanın yaxşı kəlməsi üçün buxarxanada olarkən bədəni kisə ilə sürtmək, ya da tozağacı, palıd ağacı süpürgəsi ilə döyəcləmək lazımdır.
Bəzi hamamlarda nəm buxarla yanaşı, quru buxarlı fin hamamları da olur. Bu da kombinə edilmiş istilikdən istifadə etməyə imkan verir.

əvvəlcə quru buxarxanaya (70°S) girmək lazımdır. Burada 5—10 dəqiqə tərlədikdən sonra daha yüksək temperaturu olan nisbətən yuxarı pillələrə qalxmaq və eləcə də yavaş-yavaş enmək olar. Sonra üstünə ilıq su töküb nəm buxarxanaya keçmək, ya da qızmış daşlara soyuq su töküb buxar yaratmaq və proseduru davam etdirmək olar. Bütün bu sikl 15 dəqiqədən 1 saatadək çəkir.

Belə kombinəli buxarxanalarda özünü buxara verməklə bərk tərləmək nəticəsində çəkini 500 q-dan 1 kq-a qədər itirmək olar.

Adətən, bu çəki sonradan çoxlu çay içilməsi ilə bərpa olunur. Lakin bunu tez-tez təkrar etdikdə çəki ket-kedə azalır və daha artmağa meyl göstərmir. Lakin bir daha məsləhət görərdik ki, bu proseduralara başlamamışdan əvvəl həkimlə məsləhətləşəsiniz.
hamamda proseduraların ardıcıllığı ya nəm buxarın, ya da həm nəm, həm də quru (fin hamamı) buxarın olmasından asılıdır. Lakin hər halda əvvəlcə duşun .altında ilıq su və sabunla yuyunub qurulanmaq lazımdır.

Əgər hamamda hər iki növ buxarxana vardırsa, onda əvvəlcə dediyimiz kimi, quru buxarxanadan başlamaq, sonra nəm buxarxanaya



keçmək lazımdır. Nəm buxarxanaya keçməmişdən əvvəl ayaqları soyuq su ilə yaxalayırlar. Buxarxanada taxtın üstünə hamam dəsmalı salıb uzanır, əzələləri tam boşaldır və rəvan nəfəs alırlar. Seans qurtarandan sonra ilıq, ya da soyuq su ilə yaxalayıb proseduranı yenidən 2—3 dəfə təkrar edirlər. Adətən, nəm buxarxanada 15—30 dəqiqədən çox qalmırlar.

Buxarxanadan sonra əvvəlcə ilıq, sonra soyuq su ilə yaxalanıb masaj otağına keçmək lazımdır.

Masajdan sonra yenə ilıq və soyuq duş qəbul etmək və dəsmalla qurulanıb 30—60 dəqiqə uzanıb dincəlmək lazımdır. Bu vaxt üstünüzü hamam dəsmalı ilə örtə bilərsiniz. Tam istirahətdən sonra geyinmək olar.

hamamda olarkən öz səhhətinizə diqqət yetirməlisiniz. Zəiflik, ya da boğanaqlıq hiss etdikdə bir qədər sərin otağa keçməlisiniz, daha həssas adamlar isə ürəklərinin üstünə soyuq suda isladılmış dəsmal qoymalıdırlar.

Yaddan çıxarmayın ki, hamama acqarına və ya tox qarına getmək olmaz. Özünüzlə dəsmal, qətfə, başı yumaq istəmirsinizsə su keçirməyən papaq və hamam başmağı götürməyi unutmayın.

İndi biosauna deyilən kiçik buxarxanalar dəbdədir. Onları nəinki fizioterapevtik şöbələrdə, həm də kosmetik salonlarda görmək olar. Bunlar içərisinə buxar verilən kiçik oturaq şkaflardır. Burada başdan başqa bütün bədən buxara verilir. Baş isə bayırda qalır. Su buxarına ozon, ya da oksigen əlavə olunur ki, bu da orqanizmə yaxşı təsir göstərir. Bu əlavələr ancaq həkim tərəfindən təyin olunmalıdır. Proseduradan sonra duş qəbul etmək və bir qədər uzanmaq lazımdır.

hamamda olan vaxt ərzində bədən tam boşalmalı və istirahət etməlidir. Bu nöqteyi-nəzərdən hamam istirahətin, bir növ, səmərəli sağlamlıq formasıdır, əkər tibbi cəhətdən heç bir qadağan yoxdursa, hamamdan istifadə etmək sizə həmişə sağlamlıq və közəllik gətirə bilər.


Tarix: 23.12.2012 / 14:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 805 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...