Gicitkən şirəsi
Tələb olunur: cavan gicitkən yarpaqları.
Hazırlanma qaydası: gicitkən yarpaqlarmı yumaq, ət maşınından keçirmək, şirəsini çıxarmaq.
Tətbiqetmə: Alınan şirəni təmizləmədən sonra üzə çəkmək.
Sirkə məhlulu
Tələb olunur: 1 çay qaşığı alma sirkəsi, 1 l su.
Hazırlama qaydası: sirkəni suda həll etmək.
Tətbiqetmə: Üzü təmizlədikdən sonra bu məhlulla silmək.
Yumurtalı-yağlı tonik
Tələb olunur: 1 yumurtanın sarısı, 1 xörək qaşığı bitki yağı, 150 ml araq, 50 ml kamfora spirti.
Hazırlama qaydası: Yumurtanın sarısını yağla və şirə ilə çalıb, su və spirti əlavə etmək, bütün inqrediyentləri yaxşıca qarışdırmaq.
Tətbiqetmə: Təmizləmədən sonra üzə sürtmək.
Qızılgül suyu
Tələb olunur: 2 xörək qaşığı xırdalanmış qızılgül ləçəkləri, 250 mlsu.
Hazırlama qaydası: qızılgül ləçəklərinin üzərinə qaynar su töküb, yun bir şeyə bürümək və 30 dəqiqə saxlamaq. Soyutmaq, süzmək.
Tətbiqetmə: Gündə 2 dəfə üzə sıçratmaq.
Çay cövhəri
Tələb olunur: 1 çay qaşığı çay, 50 ml su.
Hazırlama qaydası: çay dəmləmək, 30 dəqiqə kənarda saxlamaq.
Tətbiqetmə: Səhər-axşam yuyunma əvəzinə üzü çayla silmək.
Limon şirəli çay cövhəri
Tələb olunur: 1 çay qaşığı çay dəmi, limon şirəsi, 50 ml su.
Hazırlama qaydası: çayı dəmləmək, limon şirəsi əlavə etmək.
Tətbiqetmə: Üzü təmizlədikdən sonra silmək.
Sirkəli nanə həlimi
Tələb olunur: 1 çay qaşığı xırdalanmış nanə yarpağı, alma sirkəsi, 50 ml distillə edilmiş su.
Hazırlama qaydası: nanə və sirkənin üzərinə su töküb, oda qoymaq və qaynama həddinə çatdırmaq. 5 gün saxlamaq.
Tətbiqetmə: Təmizləmədən sonra üzə sürtmək. Yağlı dəri üçün uyğundur.
İstənilən dəri üçün təravətləndirici məhlul
Tələb olunur: 1 çay qaşığı bal, 2 xörək qaşığı su, 0,5 limon.
Hazırlama qaydası: balı ilıq suda və limon şirəsində həll etmək.
Tətbiqetmə: Gecə kremi çəkməzdən əvvəl üzü bu məhlulla silmək.
Heyva cövhəri
Tələb olunur: heyva qabığı, 200 ml araq, qızılgül suyu.
Hazırlama qaydası: heyva qabığının üzərinə araq töküb, 14 gün saxlamaq, süzmək, qızılgül suyuna əlavə etmək.
Tətbiqetmə: Təmizləmədən sonra üzə və boyuna sürtmək, sonra krem çəkmək.
Tarix: 23.12.2012 / 14:16 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 453 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri