Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dərinin Qidalandırma Maskaları

Maya maskası

Tələb olunur: 30 qram təzə maya, süd, 3 damcı zeytun yağı.
Hazırlama qaydası: mayanı əzmək, südlə xama qatılığınadək durulaşdırmaq, yağ əlavə etmək. Qarışdırmaq.
Tətbiqetmə: Kütləni üzə və boyuna yaxmaq, 20 dəqiqə saxlamaq. Əvvəl ilıq, sonra soyuq su ilə yumaq. Üzü dəsmalla qurutmaq.
Kəsmikli, sarılı maska

Tələb olunur: 2 xörək qaşığı təzə kəsmik, 1 yumurtanın sarısı, 3 damcı 3%-li hidrogen peroksid.
Hazırlama qaydası: inqrediyentləri yaxşıca qatışdırmaq.
Tətbiqetmə: Maskanı üzə və boyuna yaxmaq, 15-20 dəqiqə saxlamaq. Sərin su ilə yumaq.
Bal maskası

Tələb olunur: 2 xörək qaşığı un, 1 yumurtanın ağı.
Hazırlama qaydası: inqrediyentləri yaxşıca qarışdırmaq.
Tətbiqetmə: Qarışığı fırçanın köməyilə üzə yaxmaq, quruyanadək gözləmək. Əvvəl qaynar, sonra sərin su ilə yumaq.
Ballı-çaylı maska
Tələb olunur: 2 xörək qaşığı bal, 1 xörək qaşığı çay, 2 çay qaşığı yulaf lopası, su.
Hazırlama qaydası: bal, çay və lopaları qarışdırmaq, azacıq su qatmaq və oda qoymaq, isitmək.
Tətbiqetmə: İlıq kütləni üzə qalın qatla yaxmaq, salfet kağızla örtmək və 20 dəqiqə saxlamaq. İlıq su ilə yumaq.
[sws_toggle1 title="Qeyd"] Bal maskası qidalandırıcı və oyandırıcı təsir göstərir, yalnız tez-tez tətbiq etmək məsləhət görülmür. Bundan savayı, o, dəri damarlarının genişlənməsi zamanı da məsləhət görülmür. [/sws_toggle1]
Sanlı-ballı maska

Tələb olunur: 1 yumurtanın sarısı, 1 çay qaşığı sulu bal, qliserin.
Hazırlama qaydası: inqrediyentləri yaxşıca qarışdırmaq.
Tətbiqetmə: Maskanı üzə yaxmaq və 15 dəqiqə saxlamaq. İlıq su ilə yumaq.
Kartoflu qidalandırıcı maska

Tələb olunur: 1 kartof yumrusu, 1 yumurtanın sarısı, süd.
Hazırlama qaydası: kartofu qaynatmaq, qabığından təmizləmək, əzmək, yumurtanın sarısı və az miqdarda südlə qarışdırmaq. Qarışığı su vannasında isitmək.
Tətbiqetmə: Maskanı üzə 15 dəqiqəlik yaxıb, üzərinə parça qoymaq. Əvvəl qaynar, sonra sərin su ilə yumaq.
Ballı-çaylı maska

Sarılı-yağlı maska
Tələb olunur: 1 yumurtanın sarısı, 1 çay qaşığı gənəgərçək yağı. Hazırlama qaydası: yumurtanın sarısını və yağı yaxşıca qarışdırmaq.
Tətbiqetmə: Qatışığı üzə yaxmaq, 10 dəqiqəlik saxlamaq. İlıq su ilə yumaq.
Ağlı-limonlu maska

Tələb olunur: 1 yumurtanın ağı, 0,5 limonun şirəsi, duz.
Hazırlama qaydası: yumurtanın ağını limon şirəsi və duzla köpüklənənədək çalmaq.
Tətbiqetmə: Maskanı üzə yaxmaq, 15 dəqiqə saxlamaq. İlıq su ilə yumaq.
Kökdən hazırlanmış qidalandırıcı maska

Tələb olunur: 1 kök, 1 yumurtanın sarısı, 3 damcı limon şirəsi və 3 damcı bitki yağı.
Hazırlama qaydası: kökü sürtgəcdən keçirmək, yumurtanın sarısı, limon şirəsi və yağla qatmaq.
Tətbiqetmə: Qatışığı üzə yaxmaq və 15 dəqiqə saxlamaq. İlıq su ilə yumaq.
Kök-ün maskası

Tələb olunur: 2 kök, 2 xörək qaşığı kartof unu, 1 yumurtanın sarısı.
Hazırlama qaydası: kökü təmizləmək, sürtgəcdən keçirmək, un və yumurtanın sarısı ilə qarışdırmaq.
Tətbiqetmə: Alınmış kütləni təmizlənmiş dəriyə 15 dəqiqə ərzində qoymaq. İlıq su ilə yumaq.
[sws_toggle1 title="Qeyd"] Nəmləndirici maska dəriyə təmizləyici təsirə də malikdir, onlardan istifadə isə dərinin elastikliyini qorumağa imkan yaradır. [/sws_toggle1]Süddən və ağ çörəkdən hazırlanmış maska
Tələb olunur: 3 tikə ağ çörək, süd.
Hazırlama qaydası: çörəyin içini çıxarıb qatı sıyıq alınanadək süd əlavə etmək.
Tətbiqetmə: Qarışığı üzə yaxmaq və 10-12 dəqiqə saxlamaq. İlıq su ilə yumaq.
Xiyardan düzəldilmiş qidalandırıcı maska

Tələb olunur: 1 xiyar, 1 xörək qaşığı lanolin.
Hazırlama qaydası: xiyarı sürtgəcdən keçirmək, lanolin əlavə etmək və qarışdırmaq. Qatışığı 1 saat saxlamaq. Mayeni süzmək.
Tətbiqetmə: Sıx kütləni üzə yaxmaq və 15 dəqiqə saxlamaq. Qaynar nəm salfetlə silmək.
Xiyar qabığından maska

Tələb olunur: xiyar qabığı.
Tətbiqetmə: Xiyar qabığını üzə qoyub 15 dəqiqə saxlamaq. Turşudulmuş kələmdən qidalandırıcı maska
Turşudulmuş kələmdən qidalandırıcı maska

Tələb olunur: 100 qram turşudulmuş kələm.
Hazırlama qaydası: kələmi xırdalamaq.
Tətbiqetmə. Maskanı təmizlənmiş sifətə qoymaq, 15 dəqiqə saxlamaq. Soyuq su ilə yumaq.


Tarix: 23.12.2012 / 14:08 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 569 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...