Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hamiləlik dövründə stresdən uzaq durmağın yolları

Hamiləlikdə böyük bir dəyişiklik keçirən ana namizədinin bu dövrdə gözəl emosiyalarla yanaşı mənfi emisoyalar keçirtdiyi də müşahidə edilir. Bu mənfi emosiyaların səbəbləri dəyişən hormonlar, şəxsi xüsusiyyətlər və bəzi mənəvi faktorlar olur.



Ana namizədi ilk gündən etibarən körpə sahibi olmağın xoşbəxtliyini yaşayarkən "yaxşı bir ana" olmağa kafi səviyyədə hazır olub olmadığının da narahatlığını keçirdə bilər. "Körpəmə yaxşı baxa bilərəm? Körpəmi sağlam bir şəkildə böyüdə biləcəyəm?" kimi düşüncələr stress səbəbləri olaraq ananı narahat edə bilər. Bu dövrdə həyat yoldaşından yetərli dəstəyi ala bilən ana namizədi bu narahatlıqlarını yoldaşı ilə paylaşaraq sakitləşə bilər. Bu emosiyaların gizlədilməsi hamiləliyin sonrakı həftələrində anaya daha mənfi təsir göstərə bilər. Ana olmağa özünü hazır hiss etmək üçün ana namizədi körpə baxımı, körpə psixologiyası ilə əlaqədar məlumatlar oxuya bilər, psixoloqlar və uşaq həkimləri ilə ünsiyyətə qura bilər. Beləliklə də sonrakı hər həftədə analıqla bağlı məsələlərdə özünə daha çox inana biləcək.

Hamiləlik dövründə dəyişən bədəninə uyğunlaşmaqda çətinlik çəkən ana namizədləri da vardır. Əldəki şişmələr, ürəy bulantıları, böyüyən qarın və çəkinin artması da stresə səbəb olur. Körpə sahibi olmaq ananı sevindirsə də, əvvəlki kimi formada olmayan bir bədəni qəbul edə bilmək anaya çətin gəlir. Bir-birinə zidd olan bu iki duyğunu yaşayan ana namizədi təbii olaraq stress keçirdir.

Stress-- hamiləlik müddəti üçün olduqca riskli bir vəziyyətdir. Çünki yaşanan stress faktorları körpənin fiziki və ruhi inkişafına mənfi təsir göstərir. Stress hamiləlikdə müşahidə edilən bir çox fiziki problemlərin səbəbi olur. Erkən doğum, hamiləlik təzyiqi və hamiləlik şəkərinin yaranmasında stressin əhəmiyyətli rolu var. Körpəsini sağlam bəsləmək üçün lazımi qidaları qəbul etmək və bununla bağlı artan çəkiləri qəbul edə bilmək çox əhəmiyyətlidir. Həkimin məsləhət gördüyü gəzintiləri, üzmə və s kimi fəaliyyətləri nizamlı olaraq yerinə yetirmək, özünü evə qapamadan ictimai həyata davam edə bilmək bu müddətdə yaşana biləcək stress səviyyəsini azaltmağa əhəmiyyətli dərəcədə kömək edir. Ana namizədi eyni zamanda hiss etməlidir ki, yeni bədən forması ilə də həyat yoldaşı onu sevir və bəyənir.

Hormonal dəyişmələrlə və ekoloji faktorlara bağlı olaraq əsəbilik və ağlama kimi hallar müşahidə edilə bilər. Depressiya və anksiyeta bu dövrdə tez-tez rast gəlinən hallardır. Xüsusilə də hamiləlik müddətində çalışan, ailə problemləri olan ana namizədində bu kimi hallar daha çox müşahidə edilir. Bir çox evlilikdə bu müddətdə böyük problemlər də yaranır . Bu səbəblə müzakirəyə gətirib çıxaran səbəb hər nə olursa olsun həyat yoldaşı bu mövzuda anlayışlı olmağı bacarmalıdır, ana namizədi də hisslərinə nəzarət etməyə çalışmalıdır. Bu dövrdə özünə zaman ayıra bilən, mənfi düşüncələrini idarə edə bilən, həkiminin məsləhət gördüyü kimi nizamlı məşq edən, hamilə olmaqdan zövq alan ana namizədi stresdən daha asan bir şəkildə uzaq dura bilir və problemlərin öhdəsindən gəlir.

Riskli bir hamiləlik müddəti keçirən gələcək ananın stress səviyyəsi olduqca yüksəkdir. Əsəb və s digər mənfi emosiyalların idarə edilməsi olduqca çətin olduğundan bu dövrdə dəstəyin və anlayışın olması çox əhəmiyyətlidir. Ananın gərginliyi artıra bilecek hər cür faktora yaxınları tərəfindən nəzarət edilməli və bir psixoloqa müraciət edilməlidir.

Körpənin sağlamlığı ilə bağlı narahatlıqlar hamiləlik müddətində davam edir. Bu düşüncələrin müəyyən qədər olması olduqca təbiidir. Gün ərzində bu düşüncələrin davamlı olması, artaraq davam etməsi və ictimai həyata mənfi səviyyədə təsir etməsi stress səviyyəsini artıraraq hamiləlik müddətinə zərər verir. Bu vəziyyətdə ana namizədi stress səviyyəsini nəzarət altına almaq üçün diqqətini mənfi fikirlərdən yayındırmalı və özünə maraqlı olan məşğuliyyətlər tapmalıdır.

Hamiləlik dövründə stress keçirdən analara məsləhətlətlər:

- Narahatlıq keçirtdiyi hər emosiya və düşüncəni həkimi ilə paylaşaraq lazımlı məlumatları əldə etməlidir.

- Ana olan hər qadın kimi özünün də yaşayaraq və məlumatlar əldə edərək ana olmağı öyrənə biləcəyini qəbul etməli və özünə güvənməlidir.

- Mənəvi dəstəyin təmin edilməsi üçün yoldaşı və yaxınları ilə emosiyalarını, istəklərini paylaşmalıdır.

- Ana namizədi sağlam qidalanaraq,yetərli qədər dincəlməli və istirahət etməlidir. Belə olduqda stressi daha asan nəzarət altına ala bilər.

- Özünə zaman ayırmalı, onu narahat edən adamvə ya da hadisələrdən uzaq durmalıdır.

- Sakitləşmə üsullarından istifadə etməlidir (nəfəs alma və əzələləri istirahət etdirmə məşqləri.

- Həkiminin məsləhət gördüyü məşqləri nizamlı olaraq etməlidir.

- Gün ərzində körpəsi ilə baş-başa qalaraq onu sevdiyini ifadə edən söhbətlər etməlidir.


Tarix: 22.12.2012 / 16:40 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 539 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...