Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dalğalı saçlara sahib olmanın sadə yolu

Qadınlar üçün ən gözəl saç modellərindən biri də dalğalı saç tipidir. Lakin bunun üçün uzun və dolğun saçlarınızın olması lazım olduğunu da unutmayın. Əgər uzun və dolğun saçlarınız var və bununla bərabər saçlarınızı necə dalğalı edəcəyinizi maraqlanırsınızsa mütəxəssilər bu mövzuda bir neçə təklif irəli sürüblər.

Saçlarınıza şəkil verməzdən əvvəl saç tipinizə uyğun olaraq istifadə etdiyiniz bir şampun ilə saçlarınızı yumalı və sonrasında bir dəsmalla qurulamalısınız. Saçlarınızı yuyarkən nə çox isti, nə də çox soyuq suyu seçin. İlıq su ilə saçı yumaq saçlarınızın gücünü artıracaq və daha çox gözəl görünməsini təmin edəcək.

Saçı qurudarkən bir az nəm qalmasına diqqət yetirin. Saçın uclarından dibinə qədər xüsusi köpüklərdən vurun və yumşaq hörük formasına salın.

Yarım saatdan sonra saçlarınızı açmağa başlaya bilərsiniz. Saçlarınızın təbii görünməsi üçün barmaqlarınızla saçlarınızı dolaşdıra bilərsiniz.

Əgər saçlarınızın daha uzun davamlı dalğalı qalmasını istəyirsinizsə, saç spreyi istifadə edə bilər və saçlarınızın çox uzun saatlar boyunca dalğalı qalmasını təmin edə bilərsiniz.


Tarix: 25.12.2012 / 20:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 207 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...