Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hər dərinin öz maskası…

Qeyd etdiyimiz kimi, dərilər xüsusiyyətlərinə görə fərqlənir. Bununla yanaşı, onlar üçün hazırlanan maskaların tərkibi və istifadə qaydası da müxtəlifdir. Buna görə də əvvəlcə dərinin xüsusiyyətini öyrənmək, sonra ona uyğun maskadan istifadə etmək lazımdır. Xanımların təmiz, hamar və gözəl dəriyə sahib olmalarına kömək edən dəri maskaları isə bunlardır:



Quru və qırışmış dəri üçün

Tərkibi
15 qr polen
20 qr süd
1 çay qaşığı qaymaq
1 çay qaşığı kəpək unu

İstifadə qaydası:

Bütün məmulatlar qarışdırılır. Maska şəklində dəriyə çəkilərək 20 dəqiqə saxlanılır. Sonra islanaraq yuyulur. Maska cildə elastiklik verməklə həm də onun nəm balansını qoruyur.



Yağlı və quru dəri üçün

Tərkibi
sürtgəcdən keçirilmış 1 portağal qabığı
sürtgəcdən keçirilmiş 1 limon qabığı
3 damcı limon suyu
1 ədəd yumurta sarısı
1 çay qaşığı duzsuz kərə yağı

İstifadə qaydası: Portağal qabığı, limon qabığı və yumurta sarısı mikserlə qarışdırıldıqdan sonra, qapalı bir qabda bir saat saxlanılır. Kərə yağı və limon suyu əlavə edildikdən sonra isə dəriyə çəkilir və 25 dəqiqə saxlanılır.



Yağlı dəri üçün

Tərkibi
1 çay qaşığı toz şəklində gil
½ çay qaşığı kamfra spirti
1 xörək qaşığı yağsız krem
1 xörək qaşığı təmiz su

İstifadə qaydası: Məmulatlar məhlul halına gələnədək qarışdırılır. Təmiz dəriyə çəkilərək 20 dəqiqə



Həssas dəri üçün

Tərkibi:
Orta ölçülü çiy kartof
Bir alma
Bir xiyar

İstifadə qaydası: Məmulatlar sürtgəcdən keçirilir. Sonra sıxılaraq suyu çıxarılır və qarışdırılır. Qarışdırılan məhlul dəriyə çəkilir və 2 saat saxlandıqdan sonra yuyulur.



Göz ətrafı üçün

Tərkibi:
1 ədəd yumurta ağı
1 çay qaşığı qəhvə

İstifadə qaydası: Məmulatlar qarışdırılır və tənzif üzərindən göz ərtafına maska şəklində çəkilir. Göz altındakı ləkələrə və qırışlara olduqca faydalıdır. Üstəlik yorğunluq görkəmini də aradan qaldırır.



Sızanaqlı dəri üçün

a) Tərkibi:
1 çay qaşığı pudra
1 kapsul antibiotik
1 çay qaşığı saf su

İstifadə qaydası: Antibiotik kapsulası əzilərək un halına salınır. Sonra digər məmulatlarla qarışdırılır. Dəridəki sızanaqlara çəkilərək 20 dəqiqə saxlanılır.

b)Tərkibi
1 miqdar quru reyhan
1 limon suyu

İstifadə qaydası: Reyhan otu toz şəklinə salınır. Sonra limon suyu ilə məhlul şəklinə gətirilənədək qarışdırılır. Üzdəki yara və sızanaqlar dezinfeksiya edildikdən sonra onların üzərinə çəkilir.

c)Tərkibi
1 ədəd baş soğan
1 xörək qaşığı yaşıl gil
½ limon suyu

İstifadə qaydası: Soğan suda bişirildikdən sonra mikserlə məhlul halına gətirilir. Limon suyunda həll edilərək soğanla qarışdırılır. Alınmış məhlul maska şəklində sızanaqlı dəriyə çəkilir.

Bəllidir ki, bütün sahələrdə mütəxəssis rəyi hər zaman önəmli olub. Hər hansı bir məsələyə və ya problemə professional yanaşma məhz mütəxəssislər tərəfindən həyata keçirilir. Bu səbəbdən dərinin spesifik xüsusiyyətləri və ona necə qulluq edilməsi haqqında dermatoveneroloq Azadə Məmmədovanın qısa müsahibəsini oxucuların nəzərinə çatdırırıq:

- Azadə xanım, dərinin funksiyaları hansılardır?

Bildiyimiz kimi, dəri bizim ən uzun və ağır orqanımız olub sahəsi 1,5-2 m2, ağırlığı 5-10 kq, qalınlığı bir neçə millimetrdir. Dərinin bir sıra funksiyaları var. Onlardan ən əsası onun qoruma funksiyasıdır.

Yəni, dərimiz bizi ətraf mühitin bütün zərərli təsirlərindən, soyuq və ya isti havadan, günəş şüalarından və s. zərərli maddələrdən qoruyur. Digər funksiyası isə orqanizmin temperaturunun termaraquliyasiya funksiyasıdır. Bu o deməkdir ki, havanın isti və ya soyuq olmasından asılı olmayaraq, dəri bizim bədənimizin temperaturunu daim sabit saxlayır.

Həmçinin günəş şüalarının təsiri nəticəsində dəridə D vitamini əmələ gəlir ki, bu da yaranmasa orqanizmdə bir sıra xəstəliklər əmələ gələr. Dəridə bizim üçün vacib olan tər və piy vəzləri yerləşir. Onların ifrazatı nəticəsində dərinin qoruyucu təbəqəsi əmələ gəlir. Bu təbəqə də qeyd etdiyim kimi bizi ətraf mühitin zərərli təsirlərindən qoruyur.

- Dəri maskaları hansı funksiyaları yerinə yetirir və necə istifadə olunmalıdır?

Dəri maskaları əsasən təbii, yəni evdə xanımların özləri tərəfindən hazırlanan və satışda olan maskalara bölünür. Bunların hər ikisinin dəriyə xeyri var. Əsas məsələ düzgün istifadə qaydasıdır.

Maskaların dərinin tipinə, xarakterinə, yaş həddinə görə istifadə qaydaları var. Qeyd edim ki, dəri hər gün mütləq təmizlənməlidir.

Eləcə də kosmetika üzdən hər axşam silinməlidir. Bu zaman sabundan istifadə etmək olmaz. Çünki sabundan istifadə zamanı dərinin üzərində olan qoruyucu təbəqə aradan qalxır və dəri quruyur.

Nəticədə dəri qırışır və sallanmış vəziyyətdə olur. Ətraf mühitdən əmələ gələn mikrob və bakteriyaların dəriyə sirayət etməsinə şərait yaranır.Ona görə də dərinin təmizlənməsi üçün müxtəlif losyonlardan, gellərdən və bədən təmizləyici digər vasitələrdən istifadə etmək lazımdır.

- Dəridə qırışların yaranması hansı yaşdan sonra baş verir?

Qadınların üzündə qırışlar yaranmasında irsi faktorların rolu çox böyükdür. Ancaq ümumiyyətlə, 35 yaşdan sonra qadınların üzündə qırışlar əmələ gəlməyə başlayır. Düzdür, elə xanımlar var ki, genetik olaraq, onlar 40 yaşdan yuxarı yaşda olsalar belə, dəriləri qırışmır.

Qeyd edim ki, stressdən uzaq durmaq da dərini qoruyur. Çünki stress dərini qırışdıran vasitələrdəndir.

- Dərini necə qorumaq lazımdır?

Bu qoruyucu təbəqəni qoruyub saxlamaq üçün ona qulluq etmək lazımdır. Bu zaman əlbəttə ki, dəriyə düzgün qulluq edilməlidir. Dəriyə düzgün qulluq edildiyi zaman həm gözəl, həm də təravətli olur. Bu da ona öz funksiyalarını yerinə yetirməyə kömək edir.

Dəri həmçinin, bizi stressin təsirlərindən qoruyur. Buna həm qadınlar, həm də kişilər riayət etməlidir. Əsasən qadınlar dəriyə daha diqqətli qulluq edirlər. Bu da ondan irəli gəlir ki, qadınlar hər zaman baxımlı olmağa çalışır.

Qidalara gəlincə, meyvə-tərəvəz xüsusən də pomidor-xiyar, göyərti, ağartı məhsulları və təbii meyvə şirələri dərini cavan saxlayır.


Tarix: 24.12.2012 / 19:38 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 748 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...