Bəzi xanımlar üz dərisində yaranan qara nöqtələri aradan qaldırmaq üçün kosmetik vasitələrdən çox istifadə edir, amma bu üsul da onları tam örtməyə kömək etmir. Mütəxəssislər isə xanımların bu problemdən əziyyət çəkməsini görərək bir neçə metodu məsləhət biliblər. Bunlar aşağıdakılardır:
Yarım stəkan suya 3 x/qaşığı alma sirkəsi əlavə edib yaxşıça qaynadın. Daha sonra qazı söndürüb, başınızı örtərək üzünüzü buxara verin. 15-20 dəqiqə gözləyin. Sonra kənarda alma sirkəsi ilə suyu qarışdırıb üzünüzü bu maye ilə silin.
Bu əməliyyatı həftədə 2 dəfə təkrarlaya bilərsiniz. Nəticədə qara ləkələrin yox olduğunu və dərinizin parlaqlığının özünə qayıtdığının şahidi olacaqsınız.
Nanə, çökə və kəklik otunu suda yaxşıca qaynadın. Soyuyandan sonra isə qara nöqtələrin üzərinə vurun. Bu üsul da çox praktikdir.
Bir ədəd tam yetişmiş pomidoru əzin, daha sonra sürtkəcdən keçirin.
1 ç/qaşığı qliserin əlavə edib şüşəyə tökün. Daha sonradan isə qara nöqtələrin üzərinə vurun. Qara nöqtələrdən azad olmaq üçün təqdim etdiyimiz bu üsullar həm asan hazırlana bilən, eyni zamanda çox faydalıdır.
Tarix: 24.12.2012 / 18:59 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 260 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri