Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Arvadı pis kişinin saqqalı tez ağarar"

"Arvadı pis kişinin saqqalı tez ağarar"

Şəriət hökmlərində bu barədə nə deyilir?


�QADINLARLA XOŞRƏFTAR OLANLARDAN ALLAHIN XOŞU GƏLİR, ÇÜNKİ ONLAR SİZİN ANANIZ, QIZINIZ VƏ XALANIZDIR�
Məhəmməd Peyğəmbər (s.ə.s)

Allah-Təala Öz sonsuz və tükənməz qüdrəti ilə bütün insanları müxtəlif sifətdə, formada xəlq etmişdir və bu həqiqətə Öz kitabında beləcə aydınlıq gətirmişdir.
(Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. �Hucurat�,13)
Hətta iki əkiz uşaq eyni ata-anadan olmasına baxmayaraq, yenə də bir-birindən fərqlənir. Düzdür, həyatda gördüyümüz, müşahidə etdiyimiz insanlar arasında oxşarları çoxdur. Lakin diqqət yetirəndə yenə də onların əxlaqında, danışıq tərzində, rəftar və davranışlarında və s. nəzərəçarpacaq dərəcədə fərqli cəhətlər görmək olur. El arasında deyirlər ki, ailə xoşbəxtliyin açarıdır. Bəs bu xoşbəxtliyə, səadətə qovuşmaq üçün nə etmək lazımdır? Hansı kişilərə ailəcanlı demək olar? İslama görə, ailədə kişi və qadının rolu nədən ibarətdir? Ümumiyyətlə, ər-arvad münasibətləri necə qurulmalıdır?

Ailəcanlı kişi

Həyatda bu sözü tez-tez eşidirik. Ələlxüsus da qadınların dilindən. Əlbəttə, saleh qadına malik olmaq kişi üçün ən böyük xoşbəxtlikdir.
Peyğəmbərimiz (s.ə.s) buyurur: �Mömin qadın kişinin ən zəngin xəzinəsidir�. Lakin ailədə kişinin üzərinə düşən məsuliyyət daha böyükdür. Kişi ilk növbədə özünü, ailəsini, övladlarını maddi cəhətdən təmin etməlidir. İslama görə, bu, halal yolla olmalıdır. O, qazandığı ruzini açıq ürəklə, səxavətlə xərcləməli, xəsislikdən çəkinməlidir. Ailəni təmin edərkən ona minnət qoymamalıdır. Şəriətə görə, kişi öz qadınına dostcasına, nəvazişlə, məhəbbətlə yanaşmalı, fiziki təsir göstərməməli və ruhunu incitməməlidir. Rəsuli-Əkrəm buyurur: �Qadınlarla mehriban olun və bir-birinizi onlarla mehribanlıq etməyə tövsiyə edin. Çünki onlar sizin himayənizdədirlər�. Bütün bu deyilənlərə əməl olunarsa, o ailədə daim sevinc, fərəh hökm sürər, məhəbbət dərinləşər, ailənin bünövrəsi möhkəmlənər.

Qarşılıqlı məhəbbət

Ailədə ərlə-arvad arasında qarşılıqlı güzəşt və məhəbbət varsa, sakitlik və rahatlıq da olacaq. Bunun övlad tərbiyəsində də rolu böyükdür.
Təbii ki, daim söz-söhbət olan evdə övlad tərbiyə etmək çətindir. İslam ərlə-arvad arasındakı məhəbbətə xüsusi önəm verir. Şəriətə görə, məhəbbət qarşılıqlı olmalıdır. Ər arvadını, arvad ərini sevməlidir. Ərlə-arvad arasındakı bu məhəbbətin əhəmiyyətli rolunu göstərən Peyğəmbər (s.ə.s) buyurur: �Ər məhəbbətini heç nə əvəz edə bilməz�. Bəli, qarşılıqlı məhəbbət ailə üçün vacib amillərdən hesab edilir. Ancaq onu daha da dərinləşdirməkdən ötrü dil ilə də izah etmək lazımdır. Çoxları həyat yoldaşını sevdiyi halda, bunu dilinə gətirmir, məhəbbətini gizli saxlayır. Nəticədə qadın ərinin onu sevmədiyini başa düşür. Şəriət bu kimi soyuq münasibətləri qəbul etmir. Rəsuli-Əkrəm hədislərinin birində �Əgər ər öz arvadına onu sevdiyini izah edərsə, bu, heç vaxt onun xatirəsindən silinməz� buyurur.

Kişi qadını üzərində ixtiyar sahibidirmi?

Bəzən deyirlər: �Arvad var ev tikər, arvad var ev yıxar�, �Arvadı pis kişinin saqqalı tez ağarar�, yaxud da �Ər axar çaydır, arvad isə bənd� və s. Əslində qadının ailədə rolu nədən ibarətdir? Şəriət hökmlərində bu barədə nə deyilir?
İslam şəriəti kişinin ailə başçısı olmasını təkid edir. Belə olan halda, qadın gərək öz ərinə tabe olsun. Əks təqdirdə, evdə hərc-mərclik, dava-dalaş, özbaşınalıq hökm sürər, məhəbbətdən əsər-əlamət qalmaz. Məhəbbət isə, məlum olduğu kimi, ailənin əsasını təşkil edir. Onunla ailənin bünövrəsi qoyulur, möhkəmlənir. Məhz bu, yaxud da digər səbəblərə görə, İslam qadınların kişilərə tabe olmasını, itaət etməsini vacib və zəruri bilir.
İslama görə, qadın öz ərinə itaət etməli, sözündən çıxmamalı, icazəsiz onun evindən heç bir şeyi sədəqə verməməlidir. Əgər ərindən icazəsiz evdən bir şey verərsə, onun savabı ərinə çatar, özünə isə günah yazılar. Hətta qadın öz ixtiyarında olan maldan da ərinin icazəsi olmadan başqasına verə bilməz. Şəriətə görə, qadın ərindən icazəsiz çölə də çıxa bilməz. Kişinin qadın üzərində olan vacib haqlarından biri də onun əri ilə mehriban davranması, qulluğunda durması, əmrlərindən boyun qaçırmamasıdır. İmam Kazım (ə) buyurur: �Qadının cihadı ərinə yaxşı qulluq etməsidir�.

Bəs qadın necə, ərinin üzərində hansı haqlara sahibdir?

Kişi qadını üzərində müəyyən ixtiyarlara sahib olduğu kimi, qadın da əri üzərində müəyyən ixtiyarlara sahibdir. Məsələn, qadın əri tərəfindən hərtərəfli təmin olunmalı və heç bir səbəb, üzür olmadan əri onu tək qoymamalıdır. Qadın ev işlərində ərinə köməklik etsə də, bu işə heç də məhkum deyil. Belə ki, əxlaqi baxımdan bəyənilməsə də, qadın hətta heç bir üzür və səbəb olmadan ev işlərini görməkdən, məsələn, yemək bişirməkdən hətta uşağına süd verməkdən belə, imtina edib, bu kimi işlərdə ərindən onun üçün xidmətçi tutmasını tələb edə bilər. Lakin o, bütün bunlardan sui-istifadə etməməli və öz əxlaqi vəzifələrini vicdanla yerinə yetirərək öz ərinə sadiq qalıb ona qarşı itaətsizlik etməməlidir. Göründüyü kimi, həyatın bütün sahələrində olduğu kimi, İslam dini ər-ərvad münasibətlərində də ədalət prinsipini hər şeydən öndə qərar vermiş və ixtiyar verdiyi şəxslərə bundan sui- istifadə etmək şəraitini yaratmamışdır. Məhz elə bu səbəbdən də müqəddəs İşlam dini haqq olaraq dinlərin sonuncusu və ən mükəmməli hesab olunur.


Tarix: 21.12.2012 / 21:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 617 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...