Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadınlar 47 saatdan artıq sirr saxlaya bilmir

Aparılan araşdırma nəticəsində bu fikrə gəlinib.
Britaniyalı alimlər müəyyənləşdiriblər ki, qadınlar hər hansı sirri orta hesabla uzağı 47 saat 15 dəqiqə saxlaya bilir. "The Daily Telegraph"ın yazdığına görə, tədqiqatçılar Birləşmiş Krallıqda 18 - 65 yaş arasında olan 3000 qadın arasında sorğu apararaq bu qənaətə gəliblər. Məlum olub ki, qadınlar digər şəxslərin sirrini daha çox sevgililərinə, ərlərinə, ən yaxın rəfiqələrinə və ya analarına danışırlar. Bununla yanaşı, rəyi soruşulan 10 xanımdan 9-u özünü "etibarlı sirdaş" hesab edir ki, bu da tədqiqatçıların təəccübünə səbəb olub. Alimlər onu da müəyyənləşdiriblər ki, qızlar sirləri daha çox telefon danşığı və ya SMS vasitəsilə açır.


Tarix: 22.12.2012 / 17:02 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 279 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...