Qadınlar gündəlik həyatda qarşı cinsə həmişə cazibədar, fərqli görünmək istəyir. Buna görə bəzən saçlarını boyatmaqdan çəkinmirlər. Qadınların özlərini daha gözəl və xoşbəxt hiss etmək üçün saçlarını boyaması bəzən mənfi nəticə verə bilər! Xüsusilə çox erkən yaşlarda başlanan saç boyamalar ciddi allergik reaksiyalarla nəticələnə bilir. Saç boyasından qaynaqlanan allergiyalar üzdə, göz qapaqlarında və qulaq arxasında qızartılar, qabıqlanma, sulanma, qaşınma və bütün bədəndə şişə səbəb ola bilir. Ciddi sağlamlıq problemlərinə səbəb ola bilən saç boyalarının allergik təsirlərini
öyrənmək üçün əvvəlcə bir test edin. Test nəticəsində təsbit edilən allergik maddə varsa, tərkibində bu maddə olmayan boyadan istifadə edin. Saçınızı boyama müddətləri arasında uzun vaxt olmasına diqqət edin. Boyanın saçda saxlanılma müddətinin qısa olmasına çalışın.
Bir çox hamilə qadın da hamiləlik dövründə baxımlı olmaq istəyir. Hamilə qadın saçlarını boyamaq istədikdə bəzən tərəddüd edir ki, görəsən bunun mənə və uşağıma ziyanı varmı?
Əslində araşdırmalarda hamiləlik dövründə saç boyatmanın mənfi bir təsiri müəyyən olunmamışdır. Amma, mütəxəssislər arasında saç boyatmanın körpəyə mənfi təsir etməsi mövzusunda təzadlı düşüncəyə malik olanlar vardır. Bəzi qadın doğum mütəxəssisləri də ana namizədlərinə hamiləlik dövründə saçlarını boyatmamaları üçün xəbərdarlıq edirlər.
Hamilə siçanlar üzərində aparılan bir araşdırmanın nəticəsinə görə, hamiləliyin ilk aylarında anaların istifadə etdiyi saç boyalarının körpələrdə anadangəlmə katarakta səbəb ola biləcəyi aşkar edilmişdir. Buna görə də ana namizədləri xüsusilə hamiləliyin ilk aylarında saç boyasından istifadə etməməyə çalışmalıdırlar.
Başqa real fakt isə saç boyalarındakı kimyəvi maddələrin demək olar ki, hamısının yüksək səviyyədə toksik olmasıdır.
Hamiləlik dövründə saçlarınızı rəngləmək istəyirsinizsə, mütləq həkiminizlə məsləhətləşin. Saçın rənglənməsi lazımdırsa, hamiləliyin 10 həftəsindən sonra bitki mənşəli boyaların istifadə edilməsi, boyama müddətinin yarım saatdan çox davam etməməsi və boyadıqdan sonra saçların çox yaxşı yuyunması məsləhət görülür. Bundan əlavə, boya istifadə edərkən əlcək geyilməsi də tövsiyə edilir.
Bütün bu məlumatlara əsaslanaraq, hamiləlikdə saç boyadılmasının bu vaxta qədər bilinən hər hansı bir qorxulu təhlükəsi tapılmasa da, dölün formalaşdığı dövrü əhatə edən ilk üç ay ərzində bu əməliyyatdan yayınmaq (və ya heç olmasa saçın köklərini boyamamaq) daha məqsədəuyğundur.
Tarix: 22.12.2012 / 16:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 651 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri