Hindistan.
Hind qızları uzun və ipək saçları ilə məşhurdur. Belə gözəl saçların sirri kokos yağındadır. Hindistanlılar ilıq kokos yağı ilə saç dərisini masaj edir. Bir gecə saçda qalan yağ səhəri gün yuyulur. Beləliklə, saç parlaq və canlı olur.
Fransa.
Möhtəşəm dəriyə malik olan fransız qadınlar albalı və nar maskalarından istifadə edir. Onlar, albalı və nar dənələrini blenderdə əzərək üzə çəkir. Bu maska həftədə bir dəfə olmaqla 5-6 dəqiqə istifadə olunur.
İtaliya.
İtalyan qadınların parlaq saçlarının sirri qatıqdadır. Bir az qatıq və bir qaşıq zeytunu qarışdıraraq saçınıza çəkin. 5 dəqiqə sonra saçlarınızı su ilə yuyun. Nəticə canlı və parlaq saçlar olacaq.
İspaniya.
İspan qadınları saçlarını sağlam saxlamaq üçün mərcan şirəsindən istifadə edir. 1,5 stəkan mərcanı şirəsi ilə eyni miqdarda suyu qarışdırdıqdan sonra bu qarışıq ilə saçlarınızı yuyun. Nəzərə almaq lazımdır ki, bu qayda ancaq əsmər qadınlar üçündür. Sarışın və qızılı saçlı qadınlar isə mərcan şirəsinin əvəzinə, limon suyu istifadə edə bilər.
İngiltərə.
İngilis qadınlarının hamar dərilərinin sirri yulaf unundadır. 2 qaşıq xama və 4 qaşıq yulaf ununu qarışdırın. Alınan məhlulu bir müddət kənarda saxlayın. Məhlulu üzünüzə çəkin. Nəticədə üzünüz kremə ehtiyac duymayacaq.
Tarix: 20.12.2012 / 20:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 468 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri