Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hamilə qadının qarnını yararaq uşağını oğurlyablar

Hamilə qadının qarnını yararaq uşağını oğurlyablar


Onun cəsədini şəxsi evin həyətində öz anası tapıb

Ukraynanın Dnepropetrovsk vilayətində hamilə qadının dəhşətli qətli araşdırılır. ?Levıy bereq? qəzetinə istinadən verilen məlumata görə, cinayətkarlar qadının qarnını yararaq onun hələ doğulmamış uşağını oğurlayıblar.

Dəhşətli cinayət Maqdanilov rayonunun Kotovka kəndində baş verib. Milis işçiləri cinayətdə əli olduğu güman edilən qadını həbs ediblər.

Öldürülən qadının cəsədi avqustun 27-də şəxsi evin həyətində tapılıb. Onu ilk olaraq qadının anası görüb. 23 yaşlı Tatyana S.-nin cəsədinə baxış zamanı müəyyən edilib ki, hamiləliyinin 8-ci ayında olan qadının qarnı yarılıb, döl isə götürülüb. Qadının əlində onun sona qədər mübarizə apardığını göstərən çoxsaylı yaralar aşkar edilib.

Müəyyən edilib ki, Tatyana rəsmi olaraq nikahda olmayıb. O, 2-3 yaşlı uşağı və mülki əri ilə bir yerdə yaşayırmış. Onlar ailədə artım olacağını gözləyirmişlər və bu məqsədlə hətta uşaq arabası da alıblar.

Lakin cinayət baş verən zaman Tatyananın mülki həyat yoldaşı 15 günlük həbsdə olub. Buna görə də, onun cinayətdə iştirakı istisna edilir. Həyat yoldaşının cəsədi tapılan kimi onu həbsdən buraxıblar.

İlkin məlumata görə, öldürülən qadın və onun rəfiqələri elanla bir neçə kişi ilə tanış olaraq onlarla görüşüblər. Həmin kişilərin keçmiş cinayətkarlar olduğu istisna edilmir.

Kotovka kəndinin sakinləri bildiriblər ki, hadisə yerində xidməti itlərə bir neçə əməliyyat-istintaq qrupu işləyir. Milis əməkdaşları arasında cinayətdə qadının iştirak edəcəyi ilə bağlı versiya olub.

Həqiqətən də, cəsəd tapılandan 2 saat sonra şübhəli qadın saxlanılıb. Şahidlər bildirirlər ki, qadını xidməti itlərin yanına gətirəndə, milis işçiləri itlərin onu parçalamaması üçün güclə saxlayıblar.


Tarix: 22.12.2012 / 15:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 289 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...