Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şərq qadınlarının gözəlliyi

Şərq qadınlarının gözəlliyini sübut etməyə dəyməz.Ta qədimdən şairlər şairlər iri qara gözlü qarasaçlı şərq qadınlarını tərənnüm etmişlər.Bəs nədir bu sirr-şərq qadınları niyə gözəl olurlar?
Şərq qadınlarının gözəllik sirrləri çox yönlüdür.
Bunlardan ən əsası odur ki, bütün şərq qadınları həmişə öz gözlərinin gözəlliyini biruzə vermişlər.Şərq fəlsəfəsində belə bir fikri var ki,”gözlər qəlbin aynasıdır” və bu düşüncə ilə də onlar həmişə gözlərini iri göstərmək üçün çalışmışlar.Hətta Misir şahzadəsi Kleopatra da gözlərinin üstünə sürmə çəkirdi.
Şərq qadınlarının fikirlərinə görə yalnız qadının gözləri kişini elə ilk andan heyran etməlidir.
Buna görə də onlar sürmədən istifadə edirdilər.Sürmə şərq qadınlarının qaşlarına sürtdüyü və gözlərinə quruluş verdikləri qara rəngli maddədir.

Bundan əlavə şəqrq qadınlarının qaşlarını bəzəmək üçün xüsusi sirrləri var idi.
Bunlardan biri də üsmədir.Üsmə ot bitkisidir.Onun şirəsi parlaq yaşıl rəngdədir.Lakin həmin şirəni qaşlara vuranda o zümrüd çalarlı qara rəngə çevrilir.Bunu vurandan sonra 1 həftə kosmetika haqda düşünməyə belə dəyməz.Lakin üsmənin 1 əskik cəhəti var ki, o da ondan ibarətdir ki, onun qara rəng alması üçün 1həftə yaşıl qaşla gəzmək lazımdır.
Şərq qadınlarının gözəlliyinin digər sirri XNA dır.Xna saşların uzanmasına həm də saşların möhkəm, qalın gözəl olmasına səbəb olur.Bundan əlavə xna saşlara bürünc çalar verir və kəpəksiz edir.


Tarix: 20.12.2012 / 20:48 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 483 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...