Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

4 təhlükəli rəfiqə modeli

1)Proqram pozanlar
Boşuna ətrafınızda olmaması lazım olan birinci rəfiqə modeli ‘Proqram pozanlar'dır. Bu tip rəfiqələrin təhlükəsi elə çox da böyük deyil; amma etdiyiniz proqramları alt-üst etməyə və zaman zaman sizi tək başınıza buraxmağa da meyllidirlər.
‘Proqram pozanları necə təsbit edərsiniz? Ümumiyyətlə həftələr əvvəlindən nizamlamış olduğunuz görüşmələri son dəqiqədə ləğv edərlər, "mənə ehtiyacın olunca axtar" deyərlər amma siz axtarınca telefonlarınızı açmazlar. Bu tip yoldaşlar özünüzü etdiyiniz proqramlarda və ya yanınızda yoldaşınızı istədiyiniz anlarda tək qalmanıza səbəb olarlar. Üstəlik özlərini o qədər haqlı çıxaracaq bəhanələri vardır ki; siz heç bir şey deyə bilməz siniz! Başqa sözlə ‘Proqram pozanların həyatınızda çox da böyük bir yeri olmamalıdır…
Onlarla necə başa çıxılar deyə maraqlanırsınızsa… Əvvəlcə bu vəziyyətdən narahatlıq duyduğunuzu onunla paylaşmanızı tövsiyə edərik. Bəlkə bu vəziyyəti anlayacaq və özlərini düzəltməyə çalışacaqlar. Əgər bu dediyimiz müvəffəqiyyətsiz şəkildə nəticələnsə, bu vəziyyəti onlara öz üsullarını yaşadaraq izah etməyə çalışın. Necəmi? Onun telefonlarını açmayın, maillərinə günlər sonra cavab yazın və hər görüşmənizdə son dəqiqə bir işiniz çıxsın! Baxın özü də eyni şeyləri yaşayınca necə də düzələcək. Əgər düzəlmirsə bu yoldaşınıza çox vaxt ayırmanıza onsuzda gərək yoxdur.
2)Yapışqanlar
‘Yapışqanlar' eyni ‘Proqram pozanlar' kimi zərəri az, amma eyni zamanda gərəyi də az olan rəfiqə modellərindəndir. Adı üstündə davamlı olaraq sizə yapışmaqla öhdəçilikli olan bu tip rəfiqələr yaratdıqları vəziyyətin nə qədər narahat edici olduğunun da fərqində deyildirlər.
Yaxşı ‘Yapışqanları necə fərq edərsiniz? Yalnız bir neçə görüşmə sonrasında sizə sonsuza qədər ən yaxşı ən yaxın rəfiqə damğasını yapışdırırsa, ondan əvvəl tanışınız olan insanlarla aranızı açmağa çalışırsa, "sabah axşam sevgilimlə kinoya gedəcəyik" dediyinizdə "tamam, neçədə hara gəlim" deyirsə bu yoldaş sizə yapışıb deməkdir! Təxmin edərsiniz ki bu rəfiqə modeli gözlədiyi əlaqəni görmədiyində sizə qarşı gerçək bir təhlükəyə çevriləcək, sizi hər kəsdən qısqanmağa başlayacaq və hər cür əlaqənizə zərər verəcək.
Mənasından da aydın olacağı üzrə ‘Yapışqanlardan ayrılmaq olduqca çətindir. Çünki ona vəziyyəti izah etməyə çalışdığınızda sizdən küsəcək və ya əsəblənəcək, ‘bir az tək qalmağa ehtiyacınız olduğunu' ən yumşaq şəkildə ifadə etsəniz belə dəliyə dönəcək və sizə düşmən belə ola biləcək. Başqa sözlə ona çox açıq bir şəkildə hər şeyi ifadə etməkdənsə, qırımızı yalanlarla onu idarə etməniz daha az zərər görmənizə səbəb olacaq.
3)Maraq mərkəzli olanlar
‘Maraq mərkəzli olanlar' təhlükə səviyyəsi ‘Yapışqanlar' və ya ‘Proqram pozanlara nəzərən çox daha çox olan bir qrupdur. Davamlı olaraq maraq/mərkəzi olma səyində, bunun uğruna sizə və hər kəsə zərər verməyə uyğun bir rəfiqə tipidir tipidir.
Bu rəfiqə modelini təsbit etmək heç çətin deyil.… İkiniz tək olarkən ona izah etdiyiniz hər hadisədə öz həyatından nümunələr göstərən, sizin izah etdiyinizin əslində heç əhəmiyyətli olmadığını, əsl onunkinə bir baxmanızı israrlar söyləyən bir yoldaşdır. Başqalarının yanında isə danışılan hər mövzuya "Siz onu buraxın, əsl mənim başıma gələn…" deyə qışqıra qışqıra nöqtə qoyan; başqasının ağızından çıxan hər sözü, marağı öz üzərinə çəkmək adına ağızınıza geri tıxan bir rəfiqə modelidir… Başqa sözlə sizi həm çox yora biləcək, həm də sizinlə yarışa girərək bütün əlaqələrinizə zərər verə biləcək təhlükəli bir rəfiqə qrupudur
Bu vəziyyəti necə düzəltməliyik.. Əvvəlcə ona bir şans verin… Onu qarşınıza alın vəziyyətin nə qədər narahat edici olduğundan və özünü əslində insanların içində nə qədər pis bir vəziyyətə saldığından bəhs edin. Bu şəkildə davam etsə ətrafında heç kimin qalmayacağından ona bəhs etdiyinizdə özünü düzəldə bilər. Əgər düzəltmir və eyni şəkildə davam edirsə ona bildirmədən onunla bir araya gəlməməyə çalışın! Əgər sizə zərəri toxunmağa başladısa bu şəkildə bir şəxsiyyətlə yoldaş ola bilməyəcəyinizi ona açıqca söyləyin.
4)Şeytan
Bəlkə olduqca iddialı oldu; amma təxmin edərsiniz ki ən təhlükəli rəfiqə
modeli o ‘Şeytan' olanıdır əslində .sizin bütün xüsusi həyatınızı alt-üst edəcək, ailənizdən sevgilinizə qədər hər şeyi poza biləcək bir gücə malikdir.
‘Şeytan' bəlkə də bəhs etdiyimiz bütün təhlükəli modelləri içində saxlayan; üstünə üstlük hiyləgər, yalançı, arxanızdan iş çevirən amma üzünüzə gülən; detallandırsaq ailənizi dağıtmağa, yoldaşınızı əlinizdən almağa, yoldaşlarınızla aranızı pozmağa, özünə inamınızı yox etməyə çalışacaq qədər ən təhlükəlidir. Amma sizinlə əlaqədar hər şeyi davamlı olaraq tənqid edir, üzünüzə gülüb arxanızdan iş çevirir, sizdən davamlı bir şeylər gizlədir və sirlərinizi sizin və ya başqalarının üzünə vurursa; bu adamın ‘Şeytan' olduğunu təsbit etmək çox da çətin deyil…
‘Şeytanı tək sözlə həyatımızdan uzaqlaşdırmaq gərəkdir! Təxmin edərsiniz ki bir ‘Şeytana onun şeytan olduğunu qəbul etdirmək olduqca çətindir; hətta qeyri-mümkündür. Başqa sözlə ona özünü izah etməyə çalışmaq yerinə; ona hər şeyi izah edən uzun bir məktub yazmaq və bir daha görüşməmək daha asan olacaq. Çünki bunu danışaraq etməyə çalışdığınızda ‘şeytanlığını istifadə edərək üstə çıxacaq və onu həyatınızdan çıxarmanızı maneə törədəcək; hətta bəlkə özünüzü günahlandırmanıza belə səbəb olacaq. Səssiz və dərindən ondan uzaqlaşmalısınız; bunu bir an əvvəl etməlisiniz! Nə qədər erkən etsəniz o qədər az zərər görərsiniz…


Tarix: 11.06.2013 / 20:34 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 171 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...