Ləyaqətli qadın kimdir?
Keçmişə nəzər salmaq lazımdır, çünki dünən bu günün bünövrəsidir. Tarixən Azərbaycan qadınları həm ağıllı, həm də güclü olublar və bununla Azərbaycan qadınları öz sələfləri ilə fəxr edib.
"Qadinlar.Biz" xanımları ilə bu gün də ləyaqətdən danışacağıq.Gəlin görək nədir ləyaqət?
Görkəmli şəxslərimiz boş yerə yazmayıblar ki,Hünər və ləyaqəti olmadan yüksək dərəcələrə çatmaq heç də şərafət deyil, bəlkə rəzalət və həqarətdir. ( Mirzə Fətəli Axundzadə)
Qadın Allahın yer üzünə bəxş etdiyi ən zərif varlıqdır. Hər bir xanım adının təmizliyini, şərəf və ləyaqətini qoruduğu zaman daha dəyərli olur. Ən əsas da Allah qatında. Peyğəmbər (s): «Dünyanın ən yaxşı neməti - ləyaqətli qadındır» - demişdir.
Ləyaqətli qadının digər gözəl və təqdirəlayiq sifətlərindən biri budur ki, öz ərini bütün dünyaya belə dəyişməsin. Bu məsələ bir neçə surətdə isbata yetir:
Birinci: Qohum-əqrəba və ya tanışlardan bəzisinin qadınının ərinə qarşı onun ardınca xoşagəlməz sözlər danışarsa qadın tam cəsarət, cürət və ədəblə öz ərinin tərəfini saxlamalıdır.
İkinci: Ailənin maddi vəziyyəti istər aşağı, istərsə də yuxarı həddə olduqda, başqa sözlə desək, ailənin pullu və pulsuz olması qadının rəftar və münasibətində dəyişiklik yaratmamalıdır. Əksinə, kasıbçılıq zamanı və maddi çətinliklərlə qarşılaşarkən ərinə qarşı daha artıq məhəbbət və mehribanlıq göstərməlidir. Əsla səbirsizlik edib öz qüdrət və dözümünü əldən verməməlidir.
Üçüncü: Süstlük, zəiflik, yaxud kiçik bir səhv müşahidə etdikdə, heç vaxt onu özgəsinə açıb söyləməməli, evin çatışmamazlıqlarını başqalarına bildirməməlidir.
Əsil ləyaqətli qadın özünə qarşı yüksək dəyərdən çoх məmnundur, çoх хoşbəхtdir.Gözü başqa yerdə çirkinliklər axtarmaz.
Dürüstlük, sədaqət, namus, ədəb, elm, düzgün düşüncə və həyat tərzi, övlada və həyat yoldaşına sevgi ve sayğı,bütün gözəl insani keyfiyyətlərə malik qadına ləyaqətli qadın deyilir.
Bizim bütün ləyaqətimiz düşüncəmizdədir. (Blez Paskal)
Dünyada namuslu addan şərəfli heç nə ola bilməz və bu adı insana onun öz ləyaqəti qazandırır.(Lyuk de Klapye Vovenarq)
Müzakirə üçün sualımız: "Azərbaycanda tarixən qadının ləyaqəti nə ilə ölçülüb və bu gün ləyaqət cılızlaşıbmı,yoxsa o qədər yüksəklərə qalxıb ki,əlçatmaz olub?"
Tarix: 26.05.2013 / 21:04 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 136 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri