Dırnaqların quruluğu və qırılqanlığı ilə bir çox qadınlar rastlaşırlar. Belə dırnaqlar zəif görünür, sağlam dırnaqlara nisbətən gec uzanırlar.
Səbəb
dırnaq boyasını təmizləyən vasitələrdən tez-tez istifadə. Xüsusəndə asetonu həftədə bir dəfədən artıq istifadə etmək olmaz.
artıq nəmin təsiri. Əgər siz əllərinizi uzun müddət suda saxlayırsınız isə, dırnaqlarınız daha çox nəmi canına çəkir, bu da dırnaqların zəifləməsinə gətirib çıxardır.
kimyəvi maddələrin təsiri. Kimyəvi maddələr (qabyuyan və sair) dırnaqlarının qurumasına səbəb olur.
düzgün bıçqının seçilməməsi. Bıçqı vasitəsi ilə dırnaqları hər iki tərəfə bıçqalamaq olmaz.
orqanizmdə vitamin və mineralların defisiti. Kalsiy, zülal, dəmir və sair vitaminlərin və mineralların çatışmamazlığı, dırnaqların qırılqan olmasına gətirib, çıxardır.
qalxanvari vəzilərin xəstəliyi. Bu xəstəlik dırnaq zəifliyində ən çox rastlanan problemdir.
Müalicə
Dırnaq zəifliyinə qarşı çox zaman möhkəmləndirici vasitələri məsləhət görürlər. Lakin bu vasitələr bəlkə dırnaqları qoruyurlarsa da, səbəbi aradan qaldırmırlar.
Bəzi məsləhətlər
dırnaq boyası təmizləyicilərindən həftədə bir dəfədən artıq istifadə etməyin. Asetondan qaçın, dırnaq boyasını tez-tez dəyişməyin.
ev işləri ilə məşğul olan zaman əlcəklərdən istifadə edin. Həmçinin saçınızı rənglədiyiniz zaman mütləq əlcəkdən istifadə edin ki, kimyəvi maddələr dırnağa hopmasın.
dırnaqlarınızı ehtiyyatla bıçqalıyın. Şüşə və sumbat bıçqılarından istifadə edin, dəmir bıçqılardan uzaq durun. Həmçinin bir tərəfli bıçqılayın.
pəhriz saxlayın. Gündəlik rasionunuzu kalsiy, zülal və dəmir kimi vitaminlərlə bol eləyin. Multivitamilər qəbul edin.
Çarə tapmırsınız isə həkimə müraciət edin. Dırnaq problemləri orqanizmdəki problemlər ilə bağlı ola bilər.
Tarix: 25.12.2012 / 20:59 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 259 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri