Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yumurtalıq Kistalar

Yumurtalıq kistaları hal hazırkı dövürdə olduqca çox görülür.Səbəbni soruşsanız,mən bunu sadəcə ətraf mühit faktorları ilə əlaqələndirərəm.

Nəysə.Heç kimə sirr deyil ki,yumurtalıq kistaları çox geniş yayılıb. Bu mövzunu oxuyan qızların hamısında yumurtalığında kista var. Amma cəmi 25-35% ində bu müəyyən əlamətlərin meydana gəlməsinə səbəb olur.Və çox təsüflər olsun ki,Azərbaycandakı ginekologların əksəriyəti(xaricdə təhsil almıçlardan başqa) hamıda görülən kistalarla xəstəlik əmələ gətirən kistaları bir birindən ayıra bilmir.Buna görə də xəstələri qorxuzurlar.Övlad sahibi olmaq arzusu olan hər gənc xanım da(ki xanımların hamısı) qorxudan müalicəyə icazə verir.

Halbu ki,yumurtalıq kistası diaqnozu qoyulan(Azərbaycanda) xanımların 75% ə qədərinə müalicə lazım deyil.

Hər şeyin doğru başa düşülməsi üçün qısaca kistalar haqqında məlumat vermək istərdim.Hər bir menstrual tshikildə bildiyiniz kimi 1 yumurta hüceyrə yetişir və partlayır.Amma bu prosesin ilk vaxtlarında 5-6 yumurtahüceyrə birdən seçilir.Onlar öz aralarında hormonal mübarizəyə girir və hər bir mübarizədə olduğu kimi burda da biri qalib olur və o qalib olmuş yumurta hüceyre partlamaq hüququnu qazanır.İlk günlərdə seçilmiş olan 5-6 yumurtahüceyrə müəyyən həcimə qədər böyüyür.Əgər menstrual tshiklin ilk 10 günündə yumurtalığa USM ilə baxsaq orda 5-6 kista görərik.Siz artıq bilirsiniz ki,5-6 kista nədir və niyə mövcud olur...Və bu kistalar yumurtalığın həcmini artırmırlar.Əgər USM müayinəsində həkim sizə desə ki sizdə 5-6 kista var,soruşun ki yumurtalığın həcmi artıbmı?Desə ki -yox,o zaman qorxmayın.Normal şeydi.
Əgər normol kontrola getdiyiniz USM də həkim desə ki sizdə 7-10 kista var,onda məsələ dəyişir.Bizdəki həkimlər elə bilir ki,bu xəstəlikdir.Amma çox zaman bu elə deyil.Siz yenə də sual verin-yumurtalığın həcmi artıbmı?Desə ki yox,o zaman da qorxmayın.Buna tibbdə MULTİKİSTOZ deyirlər.Semptom meydana gətirmədikcə mənasız bir şeydi.Bizdəki həkimlər bu zaman Diana tipi dərmanlar yazırlar,amma,mən məsləhət görməzdim.Risklər dəyərləndirilməli(belə ki Diana tipi dərmanlar menstrual qanamada düzənsizliklər əmələ gətirir.Bu da xanımları çox qorxudur və dərmanı qəbul eləmirlər) və bundan sonra dərman yazılmalıdır(ki məncə 90% halda yazılmamalıdır)...

Amma görsəniz ki,sizdə menstruasiyada düzınsizliklər var(>=35 gündən bir olur və ya olduqca çox miqdarda qanama var,vəya olduqca az qanama var) və həkimə getdiyinizdə USM də kistalar varsa onda yumurtalığın həcmini soruşmağa dəyməz. Çox böyük ehtimalla deyə bilərəm ki yumurtalığın həcmi artmış olcaq.(>10ml).Buna da əmin olduqdan sonra böyük ehtimalla deyə bilərəm ki sizdə POLİKİSTİK OVER(PCOS) dediyimiz xəstəlik var.Bax bu xəstəlik müalicə olunmalıdır.
PCOS un səbəbi tam aydınlaşmamışdır,amma,qanda kişilik hormonun artması müşahidə olunur.Qanda kişilik hormonlarının artmasının səbəbi isə İnsulin dirəncindən meydana gəlir çox zaman.Ona görə də PCOS lu xəstələrin bir qismi KÖK olur.

Qanda kişilik hormonlarının artması nəticəsində nələr olur?

1.Saçlar yağlanır.
2.Saçlar tökülür
3.Üz dərisi yağlanır
4.Heç bir müalicə ilə keçməyən SIZANAQ
5.Tüklənmə(çənənin altında,üzdə,sinədə,beldə və s.)
Dolayısı ilə,qısaca desək-əgər sizdə 1)menstruasiya düzənsizliyi,2)saçlarda yağlanma,tökülmə,sızanaq,tüklənmə,köklük problemi və ya bunlardan biri varsa və üstəgəl 3) USM də kistalar olub yumurtalığın həcmi artıbsa böyük ehtimalla sizdə PCOS vardır.

PCOS,müalicə olunan xəstəlikdir.Adətən Diana tipi dərmanlarla başlayırlar.Bu da qanama düzənsizliyi meydana gətirir.BU ZAMAN DƏRMANI QƏBUL ELƏMƏYƏ DAVAM EDİN!!!Davam eledikcə bu problem də düzələcək....

Mən hər şeyi əhatə eləməyə çalışdım. Amma yenə də qaranlıq qalan nəsə varsa buyursun sualını versin.


Tarix: 09.06.2013 / 19:04 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 236 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...