1. Saçlarınız çox qalın deyilsə, onları uzatmayın.
Saç formanızı çiyinə qədər və ya boyunun ortasına qədər etdirin. Zəif saçların ucları tez nazikləşir. Saç ustanızdan xahiş edin ki, saçınızın ucunu düz kəssin. Əgər saçınızı ortadan ayırırsınızsa onda saç ayırımının istiqamətini dəyişsin. Saçınız vizual olaraq çoxalacağ.
2. Saçınızı rəngləyin.
Saç rəngləmə zamanı kutikul pərdəsi şişir və saç daha həcmli görsənir. Tərkibində ammonyak olmayan saç boyasından istifadə edin. Saça vizual həcm vermək üçün bir neçə açıq rəngdə tel etdirin.
3. İnadçılığdan qaçın.
Qəhvəyi rəngin tünd çalarlarında olan saç boyalarını seçməyin. Tünd saçla başın ağ dərisi arasındaı təzad tez gözə çarpacağ. Ona görə açıq şabalıdı rəngə müraciət edin.
Sarışınlar isə qızılı çalarda olan boyalardan istifadə etsinlər. Bu rəng onların dərilərinə gözəl yaraşacağ.
4. Kökü axtarın.
Saçınız töküləndə saç ustasına yox ilk öncə həkimə müraciət edin. Çünki problemdən yaxa qurtarmaq üçün kimyəvi burma və saç əkimi düzgün çıxış yolu deyil.
Saçlarınızı yüngül, cod olmayan suda yuyun.
Saçlarınızın dibini çox qaşımayın. (saçlarınız tez yağlanacaq)
Saçınızı yuduğdan sonra dəsmalı başınızda çox saxlamayın. Kəpək yarana bilər.
Lazımı parlaqlıq üçün balzamdan istifadə edin (çalışın saçlarınızın uclarına vurun)
Qan dövranını yaxşılaşdırmaq üçün ən azı həftədə bir dəfə başınızın dərisini massaj etdirin.
Tarix: 29.12.2012 / 18:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 249 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri