Axı niyə qadınları heç kəs sevmir ?????Qadınlar deyirlər zərifdir, incədir… Yox! onlar dünyanın ən güclü insanlarıdılar.Eyni zamanda "Qadınlar Dünyanın Ən Bədbəxt, Yazıq İnsanlarıdılar". Ya da ki, onları bədbəxt, yazıq edən qolu zorlu, cibi pullu kişilər və insanlıqdan uzaq yazılmamış qanunlarla idarə olunan cəmiyyət mövcuddur. Qadın hələ doğulmamış həyatın acısını yaşayır. Hələ ana bətnində olarkən istənilmədiyini, sevilmədiyini hiss edir. Bəziləri şanslı olsa da, bəziləri də dünya işığına göz açmamış ana bətnindəcə baltalanır, kəsilir, doğranılır və zibil qabının bir küncünə atılır.
Şanslılar isə doğulur. Amma, kaş doğulmasaydı… Kimsə muştuluğa gəlmir, qızın oldu deyə. Ata başını furladır, ana sanki eyib iş görübmüş kimi başını aşağı salır, qaynana deyinir «filankəsin gəlini oğlan doğub, gözünə su ver», qayınata əsəbləşir. Dünyaya gəlişi belə kədərli…
Böyüyür. Qadağalarla! Geyiminə, davranışına, addımına, arzusuna, istəyinə atalar, qardaşlar, yəni kişlilər qərar verir. Ora getmə-bura getmə, filankəslə danışma, filankəslə oturma, saçlarını belə düzəlt, paltarını belə gey.
Axır böyüyür, gənc qız olur. Qadağalar da onunla bərabər böyüyür. Gələcək həyatını başqaları müəyyənləşdirir. Əvvəl tələsdirirlər «yaşın ötdü, evdə qaldın, biabır olduq, tez ərə getməlisən»… Qonum-qonşu pıçı-pıçı… Ailə qurmaq istəməyən çarəsiz qız qonum-qonşunun, əmi-dayının, xala-bibinin xətri üçün ailə qurmağa məcbur qalır. Bəy seçilir. Şanslılar sevdiyinə getməyə nail olur, amma şansızlar daha çox… Gələcək ərini birinci anası, atası, nəsil-kökü sevməlidir… Əks-halda yenə qadağalar. Yaxud özləri seçir qızın həyat yoldaşını. Başqaları qərar verir onun gəcələk həyatına.
Toy olur. Xasiyyətləri tutan da olur, tutmayan da. Xoşbəxt olan da olur, olmayan da. Vay o xoşbəxt olmayanların halına. Geriyə yol yoxdur! Həbsxanada ki, dustaqlar belə onlardan şanslıdılar.Onlar 5 il, 10 il alıb çıxırlar.Bu qadınlar isə ömürlük bədbəxt həyata məhkum qalırlar. Hələ ata evinin kandarından çıxmamış ultumatum verilir: «Gəlin getdiyin o evdən meyidin çıxacaq» deyə… Ailədə çəkdiyin işgəncələrə üsyan edərkən isə başından vururlar «dözməlisən, yaşamalısan, boşanmaq olmaz, ailəni qoru» bizi biyabır eləmə!
Ailəni qoru! Azərbaycanda ağbirçək, ağsaqqal, qarabirçək, qarasaqqal, özünü namuslu kimi gözə soxub reklam edən hər kəs bu sözü deyir: Ailəni qoru! xa axa xa axa . . Ay gicbəsərlər, hansı ailədən danışırsız? Bir evdə ki, ər-arvad bir-birinə nifrətlə yaşayır, yataqları ayrı, yataqları bir olanların ehtirasları tükənmiş, sevgiləri bitmiş, söhbətləri qurtarmış,bir birlərinə hörmət itmiş alinənin nəyini qorusun ?! Ərlərinin qucağında hayıl –mayıl olanlar, evdə arvadı, çöldə əxlaqsızlarla kef çəkənlər, keçmişdə öz xoşbəxtliyini tapmayan, zülmə boyun əyib yaşayan, indi də müasirlərin azadlığına paxıllıq edən qarılar, qocalar deyir: ailəni qoru! Məsləhət vermək asandır, gəl sən o bədbəxt, çarəsiz qadınların nə yaşadığını gör, hislərini anla! Anlamaları üçün insan olmaları gərək. İnsanlıq isə çoxdan bitmiş, tükənmiş! İndi hamı insanlıqdan sadəcə özünü reklam üçün danışır. Xeyirxahlıq, yaxşılıq görüntüdür sadəcə. Yıxıldığında o xeyirxahlar, mələklər üstünə çıxıb bir az da tapdalayır səni, başın yerdən qalxmasın deyə. O zaman aydın olur onların iç aləmi!
Bir xanımın ailə həyatı ilə bağlı yazdığı etirafını oxudum bu günlərdə. Ərini sevmədiyindən, məcburi yaşadığından ürək dolusu yazmışdı, məktubun arasında bir cümlə məni dəhşətə gətirdi: «Ərimlə məcburi yataqda oluram. sonra hamama gedib qusuram, öyüyürəm, sonra isə gizlində zülüm-zülüm ağlayıram». Bəli, Azərbaycanda yüzlərlə, minlərlə qadın ailədə bu şəkildə zorlanır. Kişilərin heyvani şəhvətinin acısını çəkirlər. Yaxud, Rusiyadan gələrək, gənc qızları alıb qarnına bir uşaq qoyub öz missiyalarını bitmiş hesab edərək, onu ata-anasına qulluqcu qoyub rus gözəlçələrinin yanına dönən kişiciklərdən danışmıram. O getdi! Bəs, o gənc qadın? Sevgidən, ehtirasdan, nəvazişdən, hər şey məhrum qadın buraxıb getdi arxasında. Nabədə, o qadın başqa kişiyə tərəf baxa, kimsəyə ürəyində bir hiss oyana. Cəmiyyət onu dar ağacından asar, fahişə damğası var.
Susuruq, dözürük, Allahın bizə yazdığı qısa ömür yolunu istəklərimizin əleyhinə yaşayır, böyük arzularımızdan məhrum oluruq. Görəsən biz nə vaxt əsarətdən, milli mentalitet zəncirindən qurtulacaqıq, həyatla mübarizə aparacağıq?
Bu yazı üçün bəlkə də əsəbləşəcəksiniz, biz yazıq deyilik, biz belə güclüyük, qururluyuq, nə bilim dahiyik… Hə, biz hər şeyik, amma bu cəmiyyətdə heç nəyik.
Bu həyatda istəklərimizlədə yaşaya bilərdik, əgər insan
Tarix: 10.05.2013 / 20:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 261 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri