Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gənc qızlar və bədən imicləri

Araşdırmalar bədən imicinin 3 yaşından etibarən şəkillənməyə başladığını, ailələrin xüsusilə də anaların bədən imici inkişafında çox təsiri olduğunu deyir
Qızların bədən imiclərinin 3 yaşından etibarən şəkillənməyə başladığını desəm bir çoxunuz çaşa bilərsiniz.
Bu səbəblə müsbət bədən imici yaratmaq üçün ananın sağlam vərdişləri çox əhəmiyyətlidir. Digər əhəmiyyətli təsir isə media imici – TV showları, filmlər, incə modellər, aktrisalar, müğənnilər təəssüf ki, gəncləri çox aşağı kilolu olmağa təşviq edə bilir.
Ancaq media təsir etmir.
Aparılan bir araşdırmaya görə, qızların yüzdə 70i gördükləri modelləri mükəmməl qadın bədəni hesab edirlər və yüzdə 47i isə modellərin fotoşəkillərinə bağlı olaraq kilo vermək istəyirlər. Təbii gənc qızlara yalnız media təsir etmir. ADA ( Amerikan Diyetisyənlər Dərnəyi) şərhlərinə görə anaları pəhriz edən gənc qızlar və ya ailəsində çox kilolu problemi olan qızlar pəhriz etməyə daha çox uyğun olurlar.
Neçə dəfə qızınızın yanında "təcili olaraq pəhriz etmək lazımdır!" cümləsini qurdunuz? Uşaqlar TV ya da qonşularından əvvəl necə yemək yeyiləcəyini dinləyərək və görərək sizdən öyrənərlər. Bu səbəblə onlara fikir verməniz lazımdır. Uşaqların çox yaxşı təqlidçi olduğunu ağılınızdan çıxarmayın "uşaqlar pəhriz saxlamaz" deməniz belə "böyüyəndə pəhriz saxla " əmri verir. Evdə həmişə balanslı qidalanma, doğru yemək yemə forması, sağlam həyat, məşq kimi müsbət qəbul yaradacaq və həqiqətən ailə tərəfindən tətbiq edilə biləcək davranışları vərdiş halına gətirmək lazımdır.

Qidanlar, kilo, bədən ölçüsü və bədən şəkli haqqında mənfi cümlələr istifadə etməkdən qaçının. "Əfsus ki, kilo almışam" və ya "təcili olaraq kilo verməyim lazımdır" və ya "çox pis kilo almışam" cümlələri uşaqlarda kilo almanın qorxunc və istənməyən bir vəziyyətmiş kimi qəbul edilməsinə səbəb ola bilər. Halbuki yetkinlik dövründə kilo almaq böyümənin bir parçasıdır və bu uşağa çox yaxşı izah edilməlidir. Hüceyrə böyüməsi və yenilənməsi, sümük inkişafı uşaqlıqdan yetkinliyə keçiş ,bədən şəklinin dəyişməyə uğraması hormonlarda dəyişmə kilo fərqliliyi ilə bərabərdir. Son illərdə, 5 və ya 6 yaşlarındakı qızlarda yemə pozuqluqlarıyla qarşılaşılmaqdadır. Və bu yaşlardakı qızlar analarının etdiklərini etməyə olduqca meylli olduğu görülməkdədir. Əgər uşaq çox kiloludursa ailələr istər istəməz pəhriz saxlamasının lazımlılığı mövzusunda özünə məxsus yollarda iştirak edir və bu vəziyyət uşağı mənfi olaraq təsir edir. Uşağınıza bunu izah etmənin ən yaxşı yolu balanslı yemək, yemə prinsiplərini öyrətmək və özündə müsbət bədən qəbulu yaratmaq olacaq.
Seçməsinə icazə verin
Qidanlarını özünün seçməsinə icazə verin. Sağlam və qidalandırıcı məhsulları ana təqdim edir. Uşağınızı fiziki fəaliyyət, oyun və bacarıqları üçün ürəkləndirin. Birlikdə TV izləyib, gördüyü modellərə oxşamasının doğru olmadığı və doğru bədən ağırlığı haqqında danışın. Nizamlı məşq etməsini təmin edin. Birlikdə ailə qaçışları təşkil edin. Uşağınızla aranızda olan ünsiyyəti itirməyin. Kilo və bədən imici ilə əlaqədar soruşduğu suallara doğru cavablar verin ya da kafi məlumatınız yoxdursa mütləq bir ekspertdən kömək alın.
Quru paxlalılar həftədə 1-2 gün yeyilməlidir!
Bir araşdırmada, həftədə iki və ya daha çox paxlalı bitkilər yeyən insanlarda yüzdə 24 daha az sinə xərçəngi riski olduğu görüldü. Paxlalılar ayrıca xolesterolu salır, qan şəkərini tarazlıqda tutmağa köməkçi olur və diyabetlə başa çıxma mövzusunda da faydalıdır. Mərcimək, noxud, paxla, noxud və soya paxlası quru paxlalılar qrupundakı qidanları meydana gətirir. Quru paxlalıların zülal miqdarı yüksəkdir. Quru paxlalılar sink, maqnezium və dəmir cəhətdən də zəngindir. Yaxşı bişirilmə və C vitamini qaynağı olan tərəvəz və meyvələr qəbul edilməsi bədəndə istifadə edilməsini artırıcı təsir göstərər. Quru paxlalılarda B12 vitamini xaricində digər B qrupu vitaminlərindən də vardır.


Tarix: 11.06.2013 / 20:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 165 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...